Tenqri
Ana Sayfa
Dünya

"Kredit tarixçəsinin problemli olması kreditə əlçatanlığı azaldır" - İqtisadçı

“Kredit tarixçəsinin problemli olması kreditə əlçatanlığı azaldır. Lakin buna baxmayaraq, bəzi hallarda vətəndaşın yenidən kredit əldə etmək imkanı yarana bilər. Bunlardan birincisi, kredit borcu olan bankla əməkdaşlıq çərçivəsində kreditin restrukturizasiyasıdır. Yeni ödəniş qrafiki müəyyən edilir

4 gün önce0 görüntüleme525.az
"Kredit tarixçəsinin problemli olması kreditə əlçatanlığı azaldır" - İqtisadçı
Paylaş:

“Kredit tarixçəsinin problemli olması kreditə əlçatanlığı azaldır. Lakin buna baxmayaraq, bəzi hallarda vətəndaşın yenidən kredit əldə etmək imkanı yarana bilər. Bunlardan birincisi, kredit borcu olan bankla əməkdaşlıq çərçivəsində kreditin restrukturizasiyasıdır. Yeni ödəniş qrafiki müəyyən edilir və vətəndaş bu qrafikə uyğun şəkildə kredit öhdəliklərini yerinə yetirir. Bu, son nəticədə kredit tarixçəsinin sağlamlaşmasının əsasını formalaşdırır və gələcəkdə yenidən kreditlərə müraciət etmək imkanı yaradır” Bunu iqtisadçı ekspert Rəşad Həsənov 525.az-a deyib O bildirib ki, problemli kredit öhdəliyi müəyyən müddətdən sonra tam icra edilmir. Yəni vətəndaşın kredit borcu və problemli kredit tarixçəsi olsa da, həmin borcu sonradan bağlayarsa, müəyyən dövr keçdikdən sonra banklar bu istiqamətdə nisbətən müstəqil qərar qəbul edirlər: “Bəzi banklarda altı ay, bəzilərində isə bir ildən sonra kredit tarixçəsində mövcud olan məhdudiyyətlər və ya kredit müraciətinə qoyulan daxili məhdudiyyətlər aradan qaldırıla bilər. Nəticədə kredit əldə etmək imkanı yenidən formalaşır”