Tenqri
Ana Sayfa
Dünya

“Koştanın səfəri Azərbaycan-Aİ münasibətlərinə ciddi töhfə verəcək” - Ekspert

“Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Azəbaycana ilk dəfə səfər etdi. Bu səfər Azərbaycan-Aİ münasibətlərinin inkişafı baxımından mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər” Bu barədə 525.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Mətin Məmmədli deyib O b

3 gün önce0 görüntüleme525.az
“Koştanın səfəri Azərbaycan-Aİ münasibətlərinə ciddi töhfə verəcək” - Ekspert
Paylaş:

“Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Azəbaycana ilk dəfə səfər etdi. Bu səfər Azərbaycan-Aİ münasibətlərinin inkişafı baxımından mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər” Bu barədə 525.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Mətin Məmmədli deyib O bildirib ki, ümumiyyətlə bu səfər tərəflər arasında siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi və enerji əməkdaşlığının genişləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır “Azərbaycan uzun illərdir ki, Aİ üçün etibarlı tərəfdaş kimi çıxış edir. Xüsusilə enerji təhlükəsizliyi məsələsində ölkəmizin rolu son illərdə daha da artıb. Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu xeyli artıb və bu məqam da Aİ tərəfindən yüksək səviyyədə dəyərləndirilir. Cənub Qaz Dəhlizi və Azərbaycanın Avropaya qaz ixracı konteksti hesab edirəm ki, bu əməkdaşlığın strateji xarakter daşıdığını göstərir”, - ekspert söyləyib Əlavə edib ki, hər iki Prezidentin verdiyi birgə bəyanatlardan, açıqlamalardan Koştanın səfəri çərçivəsində regional təhlükəsizlik, Cənubi Qafqazda davamlı sülhün təmin olunması, həmçinin iqtisadi və nəqliyyat layihələri üzrə əməkdaşlıq məsələlərinin müzakirə edildiyi görünür: “Bəyanatlardan məlum olur ki, vurğulanan məsələlər, xüsusilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın dərinləşdirilməsi səfər çərçivəsində müzakirə olunub. Bu baxımdan hesab edirəm ki, səfər həm Azərbaycan, həm də Avropa İttifaqı üçün qarşılıqlı maraqlara xidmət edən yeni imkanlar yarada bilər. Eyni zamanda, bu səfər Avropa İttifaqının regiona marağının davam etdiyini və Azərbaycanın Cənubi Qafqazda mühüm tərəfdaş kimi qəbul olunduğunu bir daha nümayiş etdirir. Ümumilikdə Koştanın Azərbaycana səfəri hesab edirəm ki, siyasi dialoqun daha da intensivləşməsinə, iqtisadi əməkdaşlığın genişlənməsinə və regionda sabitliyin möhkəmlənməsinə töhfə verə biləcək diplomatik addım kimi də dəyərləndirilə bilər. Yəni bu səfər Azərbaycan-Aİ münasibətlərinin yeni mərhələyə daxil olmasına ciddi töhfə verəcək”