Tenqri
Ana Sayfa
Dünya

Kir Starmer: Böyük Britaniya İranda daha geniş müharibəyə cəlb olunmayacaq

Böyük Britaniya İranda daha geniş müharibəyə cəlb olunmayacaq, lakin xüsusi əhəmiyyətə malik Hörmüz boğazının fəaliyyətinin bərpası üçün müttəfiqlərlə birlikdə “real və işlək” plan üzərində çalışacaq AZƏRTAC xəbər verir ki, bu barədə bazar ertəsi Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib

yaklaşık 4 saat önce0 görüntülemeazertag.az
Kir Starmer: Böyük Britaniya İranda daha geniş müharibəyə cəlb olunmayacaq
Paylaş:

Böyük Britaniya İranda daha geniş müharibəyə cəlb olunmayacaq, lakin xüsusi əhəmiyyətə malik Hörmüz boğazının fəaliyyətinin bərpası üçün müttəfiqlərlə birlikdə “real və işlək” plan üzərində çalışacaq AZƏRTAC xəbər verir ki, bu barədə bazar ertəsi Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib “Reuters” yazır ki, onun sözlərinə görə, Yaxın Şərqdə gərginlik azalmadan bu tapşırığın icrası “çətin” olacaq Enerji daşıyıcılarının qiymətlərinin artması ilə bağlı ictimai narahatlıqları azaltmaq məqsədilə keçirilən mətbuat konfransında Kir Starmer bir daha İran əleyhinə müharibədə iştirak etməmək qərarını vurğulayıb. Bu mövqe ABŞ Prezidenti Donald Trampın tənqidinə səbəb olub. O, hətta Britaniya liderini “Çörçill deyil” adlandırıb Son hadisələr fonunda Böyük Britaniyada enerji daşıyıcılarının qiymətləri istehlakçılar üçün kəskin artıb və Starmer bildirib ki, onun prioriteti yaşayış xərclərinin bahalaşması ilə bağlı təzyiq hiss edən işçilərə dəstək göstərməkdir O, ən həssas ev təsərrüfatları üçün 53 milyon funt sterlinq (70,30 milyon dollar) həcmində ilk maliyyə dəstəyi paketini təqdim edib Böyük Britaniyada enerji daşıyıcılarının qiymətləri iyul ayınadək qüvvədə olacaq tarif məhdudiyyəti sayəsində maksimum dərəcədə qorunacaq. Əgər vəziyyət bundan sonra da davam edərsə, hökumət Ukraynadakı müharibənin əvvəlində ev təsərrüfatlarına göstərilən və 40 milyard funt sterlinq təşkil edən dəstəyin təkrarlanması ilə bağlı çağırışlarla üzləşə bilər Starmer bildirib ki, yaşayış xərclərinin artması ilə bağlı inflyasiyanı azaltmağın ən sürətli yolu Yaxın Şərqdə mövcud münaqişə ilə bağlı gərginliyin azaldılmasıdır 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır