Tenqri
Ana Sayfa
Dünya

“Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır: “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə

yaklaşık 4 saat önce0 görüntülemeazertag.az
“Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Paylaş:

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır: “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 489 (Cild I); 2024, № 5 (I kitab), maddə 489) aşağıdakı dəyişikliklər edilsin: 1.1. dördüncü – səkkizinci abzaslar müvafiq olaraq on birinci – on beşinci abzaslar, doqquzuncu – on beşinci abzaslar müvafiq olaraq on səkkizinci – iyirmi dördüncü abzaslar hesab edilsin; 1.2. aşağıdakı məzmunda dördüncü – onuncu, on altıncı və on yeddinci abzaslar əlavə edilsin: “milli film – xarici film hesab edilməyən və bu Qanunun 4-cü maddəsində göstərilən tələblərə cavab verən film; xarici film – bütövlükdə xarici prodüser (prodüserlər) tərəfindən istehsal edilən film; birgə istehsal filmi – yerli və xarici prodüserlərin birgə istehsal etdikləri və milli film hesab edilməyən film; film istehsalı – film çəkilişinə hazırlıq, film çəkilişi və film çəkilişinin tamamlanması mərhələlərini özündə əhatə edən proses; film çəkilişinə hazırlıq – filmin ideyasının yaranması, konsepsiyasının hazırlanması, ssenarisinin yazılması və film çəkilişi məqsədi ilə digər inzibati və texniki məsələlərin həlli ilə əlaqədar işləri əhatə edən proses; film çəkilişi – filmin bilavasitə kinolentə və ya digər daşıyıcıya çəkilişini təmin edən fəaliyyətləri əhatə edən proses; filmin çəkilişinin tamamlanması – çəkilmiş kadrların redaktəsini, filmin vizual, səs və rəng işləmələrini, effekt, titr və qrafik tərtibatını əhatə edən proses;”; “yerli prodüser – Azərbaycan Respublikasının vətəndaşı və ya qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş hüquqi şəxs olan prodüser; xarici prodüser – əcnəbi və ya vətəndaşlığı olmayan şəxs və ya xarici hüquqi şəxs olan prodüser;” 2. 3-cü maddənin birinci hissəsinin altıncı və yeddinci abzasları yeddinci və səkkizinci abzaslar hesab edilsin və aşağıdakı məzmunda altıncı abzas əlavə edilsin: “xarici prodüserləri Azərbaycan Respublikasının ərazisində film istehsalına cəlb etmək üçün təşviqedici tədbirlərin həyata keçirilməsi;” 3. 4-cü maddənin ikinci hissəsində “müştərək çəkilmiş” sözləri “birgə istehsal edilmiş” sözləri ilə əvəz edilsin 4.1. birinci hissədə “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin; 4.2. üçüncü hissəyə “orqanının” sözündən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin 5. 10-cu maddənin birinci hissəsində “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin 6. 13-cü maddəyə aşağıdakı məzmunda ikinci və üçüncü hissələr əlavə edilsin: “Xarici prodüserləri Azərbaycan Respublikası ərazisində film istehsalına cəlb etmək məqsədilə filmlərin istehsalı üçün çəkilmiş xərclər qismən geri ödənilir Xarici və birgə istehsal filmlərinin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və şərtlərlə həyata keçirilir.” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır