Tenqri
Ana Sayfa
Dünya

Şəkidə “Milli-mənəvi dəyərlərimiz” adlı sərgi təşkil olunub

Şəki şəhər Heydər Əliyev Mərkəzində Novruz bayramı münasibətilə “Milli-mənəvi dəyərlərimiz” adlı sərgi təşkil olunub Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsindən məlumat verilib Sərgidə milli mədəniyyətimizi əks etdirən müxtəlif sənət nümunələri nümayiş olunur

1 gün önce0 görüntülemeazertag.az
Şəkidə “Milli-mənəvi dəyərlərimiz” adlı sərgi təşkil olunub
Paylaş:

Şəki şəhər Heydər Əliyev Mərkəzində Novruz bayramı münasibətilə “Milli-mənəvi dəyərlərimiz” adlı sərgi təşkil olunub Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsindən məlumat verilib Sərgidə milli mədəniyyətimizi əks etdirən müxtəlif sənət nümunələri nümayiş olunur. Ekspozisiyada Şəki ipək sənətinin incisi hesab edilən, Azərbaycan qadınının ənənəvi baş örtüyü olan ipək kəlağayılar, araxçın, daqqa, qədim qadın və kişi geyimləri, mis qablar, dulusçuluq nümunələri, milli musiqi alətləri, tikmə və xalça məmulatları, eləcə də şəbəkə sənətinə aid nümunələr yer alıb Sərgidə, həmçinin şəkili rəssam Mənsur Əzizlinin hazırladığı Şəkinin milli mətbəxini əks etdirən yeməklər və şirniyyat maketləri, rəsm əsərləri nümayiş etdirilir. Sərgini ziyarət edənlər Şəki Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 nömrəli kitabxana filialı tərəfindən hazırlanmış guşədə Azərbaycan və xarici dillərdə nəşr olunmuş kitablarla da tanış ola bilərlər 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır