Tenqri
Ana Sayfa
Dünya

Jozef Aun: Livan İsraillə birbaşa danışıqlar təklifinə cavab almayıb

Livan Prezidenti Jozef Aun İsrail ordusunun "Hizbullah" qruplaşmasının mövqelərinə endirdiyi davamlı zərbələr fonunda birbaşa danışıqların aparılması təklifinə Tel-Əvivdən cavab almadığını bildirib "Report" BBC-yə istinadən xəbər verir ki, o, bu barədə Beyrutda BMT-nin Baş katibi Antonio Quterreşlə

2 gün önce0 görüntülemereport.az
Jozef Aun: Livan İsraillə birbaşa danışıqlar təklifinə cavab almayıb
Paylaş:

Livan Prezidenti Jozef Aun İsrail ordusunun "Hizbullah" qruplaşmasının mövqelərinə endirdiyi davamlı zərbələr fonunda birbaşa danışıqların aparılması təklifinə Tel-Əvivdən cavab almadığını bildirib "Report" BBC-yə istinadən xəbər verir ki, o, bu barədə Beyrutda BMT-nin Baş katibi Antonio Quterreşlə görüşündən sonra danışıb "Mən danışıqlara hazır olduğumu bildirdim, lakin indiyədək qarşı tərəfdən cavab almamışıq", - J.Aun bəyan edib Bununla yanaşı, Livan Prezidenti İsrailin zərbələrini tənqid edərək onların dayandırılmasının vacib olduğunu vurğulayıb Daha əvvəl J.Aun "Hizbullah"ın Livanın maraqlarını və onun xalqının həyatını nəzərə almamasında ittiham etmişdi Öz növbəsində İsrail iddia edir ki, Beyrut "Hizbullah"ın tərksilah edilməsi istiqamətində əhəmiyyətli addımlar atmayıb və əvvəlki atəşkəs razılaşmasına uyğun olaraq bunu Livan hökumətinin vəzifəsi hesab edir Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir