İsveçin İrandakı səfirliyi müvəqqəti olaraq Bakıda fəaliyyət göstərir
İsveç diplomatlarını İrandan təxliyə edib, diplomatik missiya müvəqqəti olaraq Bakıda fəaliyyətini davam etdirir "Report"un məlumatına görə, bu barədə İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard "X" hesabında yazıb "İranda təhlükəsizlik vəziyyətinin pisləşməsini nəzərə alaraq İsveçin Xari

İsveç diplomatlarını İrandan təxliyə edib, diplomatik missiya müvəqqəti olaraq Bakıda fəaliyyətini davam etdirir "Report"un məlumatına görə, bu barədə İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard "X" hesabında yazıb "İranda təhlükəsizlik vəziyyətinin pisləşməsini nəzərə alaraq İsveçin Xarici İşlər Nazirliyi Tehrandakı səfirliyin isveçli əməkdaşlarını müvəqqəti olaraq köçürmək qərarına gəlib. Səfirlik Bakıda işini davam etdirir. Tehranda təhlükəsizliklə bağlı vəziyyət son dərəcə qeyri-müəyyən olaraq qalır. İsveçin Xarici İşlər Nazirliyi 2022-ci ildən İrana istənilən səfərlərdən çəkinməyi tövsiyə edir və İsveç vətəndaşlarını ölkəni tərk etməyə çağırır", - nazir qeyd edib Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir