Tenqri
Ana Sayfa
Dünya

İstehlakçıların əsas hüquqları və onların müdafiə mexanizmləri – BDU-da açıq dərs

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi 15 Mart - Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü münasibətilə Bakı Dövlət Universitetinin (BDU) tələbələri üçün açıq dərs təşkil edib Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbir zam

4 gün önce0 görüntülemeazertag.az
İstehlakçıların əsas hüquqları və onların müdafiə mexanizmləri – BDU-da açıq dərs
Paylaş:

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi 15 Mart - Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü münasibətilə Bakı Dövlət Universitetinin (BDU) tələbələri üçün açıq dərs təşkil edib Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbir zamanı istehlakçı hüquqlarının müdafiəsinin ümumi hüquqi, iqtisadi və sosial əsasları barədə tələbələrə məlumat verilib, mövcud qanunvericilik çərçivəsində bu hüquqların müdafiə mexanizmləri izah olunub BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin mütəxəssisi Ələkbər Həsənov Agentliyin fəaliyyət istiqamətlərini tələbələrin diqqətinə çatdırıb, BDU ilə Agentlik arasında həyata keçirilən tədbirlərdən danışıb Agentliyin İstehlak bazarına nəzarət şöbəsinin müdir müavini Azad Məmmədov və İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdir müavini Samir Əliyev “İstehlakçıların əsas hüquqları və onların müdafiə mexanizmləri” mövzusunda təqdimatla çıxış ediblər. Təqdimatda istehlakçı hüquqlarının qorunması üzrə əsas hüquqi alətlər, bu sahədə dövlət nəzarətinin təşkili və qanunvericiliyin tələbləri izah olunub İstehlak bazarında pozuntu hallarının qarşısının alınması istiqamətində görülən preventiv tədbirlər və Agentliyin həyata keçirdiyi təşəbbüslər də diqqətə çatdırılıb. Bildirilib ki, istehlakçıların hüquqi savadlılığının artırılması bazarda sağlam münasibətlərin formalaşmasına və hüquq pozuntularının aradan qaldırılmasına mühüm töhfə verir İnteraktiv formatda keçirilən açıq dərs zamanı tələbələrə real təcrübədən nümunələr təqdim olunub, onları maraqlandıran suallar cavablandırılıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır