Tenqri
Ana Sayfa
Dünya

İsrail kəşfiyyatı xəbərdarlıq edir: Tramp komandasında İran planı üzrə parçalanma

ABŞ administrasiyası daxilində İranla bağlı hərbi strategiya ətrafında ciddi fikir ayrılığı yarandığı bildirilir Musavat.com xəbər verir ki, “Al-Monitor” nəşrinin İsrail Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən yaydığı məlumata görə, İsrail kəşfiyyatı Tramp administrasiyası daxilində İrana

4 gün önce0 görüntülememusavat.com
İsrail kəşfiyyatı xəbərdarlıq edir: Tramp komandasında İran planı üzrə parçalanma
Paylaş:

ABŞ administrasiyası daxilində İranla bağlı hərbi strategiya ətrafında ciddi fikir ayrılığı yarandığı bildirilir Musavat.com xəbər verir ki, “Al-Monitor” nəşrinin İsrail Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən yaydığı məlumata görə, İsrail kəşfiyyatı Tramp administrasiyası daxilində İrana qarşı hərbi əməliyyatların gələcək gedişi ilə bağlı artan ziddiyyətləri qeydə alıb Mənbənin sözlərinə görə, Vaşinqtonda hazırda iki fərqli yanaşma formalaşıb. Administrasiya daxilində bəzi şəxslər əməliyyatların tam sürətlə davam etdirilməsinin tərəfdarıdırsa, digər qrup münaqişədən diplomatik və ya “zərif çıxış yolu” tapılmasını daha real variant hesab edir. Bu səbəbdən ABŞ rəhbərliyində bundan sonra hansı addımların atılacağı ilə bağlı kəskin müzakirələr getdiyi qeyd olunur Nəşrin yazdığına görə, Vaşinqton münaqişəni qələbə elan etməyə imkan verəcək formada başa çatdırmaq üçün müxtəlif ssenariləri nəzərdən keçirir. Bununla yanaşı, ABŞ hökumətində bəzi rəsmilər əməliyyatın ilkin məqsədlərinə, o cümlədən İran rəhbərliyində dəyişiklik ehtimalına getdikcə daha pessimist yanaşırlar Bildirilir ki, bunun əsas səbəbi İranın siyasi sisteminin gözlənildiyindən daha dayanıqlı görünməsi və hakimiyyət strukturunun hələlik ciddi sarsıntı yaşamamasıdır