Tenqri
Ana Sayfa
Dünya

İsgəndər Sərdarlı: Mirzə Qədim İrəvani şərti təsvirdən realizmə keçidi təmin edən ilk rəssamdır

Almaniyada fəaliyyət göstərən "Almaniya Mədinə Dərnəyi"nin təsis etdiyi Türk Tarixi və Mədəniyyətləri Muzeyi və Azərbaycandan "Sərdar Sandıq-Mücrü Ocağı"nın birgə təşkilatçılığı ilə onlayn formatda "Mirzə Qədim İrəvaninin yaradıcılıq irsi mədəni yaddaşda" mövzusunda mötəbər beynəlxalq elmi konfrans

yaklaşık 4 saat önce0 görüntülemeazertag.az
İsgəndər Sərdarlı: Mirzə Qədim İrəvani şərti təsvirdən realizmə keçidi təmin edən ilk rəssamdır
Paylaş:

Almaniyada fəaliyyət göstərən "Almaniya Mədinə Dərnəyi"nin təsis etdiyi Türk Tarixi və Mədəniyyətləri Muzeyi və Azərbaycandan "Sərdar Sandıq-Mücrü Ocağı"nın birgə təşkilatçılığı ilə onlayn formatda "Mirzə Qədim İrəvaninin yaradıcılıq irsi mədəni yaddaşda" mövzusunda mötəbər beynəlxalq elmi konfrans keçirilib. Konfransa 10 ölkədən 100 dən çox iştirakçı qatılıb. Nürnberq şəhərində yerləşən "Almaniya Mədinə Dərnəyi"nin "Dünya Bilgi Platforması" üzərindən canlı yayımlanan konfransda sənət dünyasının və elmi ictimaiyyətin tanınmış simaları məruzə təqdim etdilər Bu barədə AZƏRTAC-a araşdırmaçı tətbiqi sənət ustası, layihə rəhbəri İsgəndər Sərdarlı İrəvani məlumat verib “Bu konfrans Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təbliği baxımından böyük önəm daşıyır. Mirzə Qədim İrəvani yalnız Azərbaycan rəssamlığında dəzgah rəngkarlığının banisi deyil, həm də memar və mühəndis təfəkkürlü, fəlsəfi məzmunları vizuallaşdıran ustad dizaynerdir. O, Azərbaycan və Yaxın Şərq, Türk-İslam dünyasında şərti təsvirdən realizmə keçidi təmin edən ilk rəssamdır. Tədbirdə Almaniya, Finlandiya, Şimali Makedoniya, Azərbaycan, Türkiyə, Qırğızıstan, Özbəkistan, Pakistan, İndoneziya, Cənubi Koreya və digər ölkələrdən professor-müəllim heyəti, tədqiqatçılar və tələbələr iştirak etdi”, - deyə İsgəndər Sərdarlı İrəvani deyib Qeyd edək ki, beynəlxalq konfrans “Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyinin Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, Qərbi Azərbaycan İcması və Azərbaycan Milli İncəsənət Muzeyinin tərəfdaşlığı ilə həyata keçirdiyi “Mirzə Qədim İrəvani irsinin işığını paylaşaq” layihəsinin maarifləndirmə mərhələsi çərçivəsində olub 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır