Tenqri
Ana Sayfa
Dünya

İrandan Türkiyəyə atılan 3-cü ballistik raketin NATO HHM tərəfindən məhv edildiyi bildirilir

Bu gecə yerli vaxtla saat 03:30-dan etibarən sosial mediada əks olunan görüntülərdə Türkiyənin Adana vilayətinin hava məkanında yanaraq düşən bəzi cisimlər görünüb "Report" xəbər verir ki, bu barədə Türkiyənin müdafiə sənayesinə dair ciddi paylaşımları ilə tanınan "savunmasanayiST.com" səhifəsi məl

3 gün önce0 görüntülemereport.az
İrandan Türkiyəyə atılan 3-cü ballistik raketin NATO HHM tərəfindən məhv edildiyi bildirilir
Paylaş:

Bu gecə yerli vaxtla saat 03:30-dan etibarən sosial mediada əks olunan görüntülərdə Türkiyənin Adana vilayətinin hava məkanında yanaraq düşən bəzi cisimlər görünüb "Report" xəbər verir ki, bu barədə Türkiyənin müdafiə sənayesinə dair ciddi paylaşımları ilə tanınan "savunmasanayiST.com" səhifəsi məlumat yayıb "Bu cisimlərin İrandan Türkiyəyə atılan 3-cü bir ballistik raketin NATO-ya aid hava hücumundan müdafiə sistemləri (HHM) tərəfindən məhv edilməsi nəticəsində atmosferə daxil olaraq yanan və düşən hissələrə aid olduğu qiymətləndirilir", - məlumatda qeyd olunub Hadisə zamanı hər hansı partlayışın baş vermədiyi bildirilib Bundan öncə də İrandan atılan iki ballistik raket Türkiyə hava məkanını pozduğu üçün NATO-ya məxsus HHM sistemi vasitəsilə zərərsizləşdirilib Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb 🔴Bugün saat 03:30'dan itibaren sosyal medyaya yansıyan görüntülerde, Adana hava sahası üzerinde yanarak düşen bazı cisimler olduğu görülüyor. ▪️Bu cisimlerin, İran'dan Türkiye'ye atılan 3'üncü bir balistik füzenin, NATO'ya ait füze savunma sistemleri tarafından imhası sonucu… pic.twitter.com/tvY7HZ5d8b— SavunmaSanayiST.com (@SavunmaSanayiST) March 13, 2026 🔴Bugün saat 03:30'dan itibaren sosyal medyaya yansıyan görüntülerde, Adana hava sahası üzerinde yanarak düşen bazı cisimler olduğu görülüyor. ▪️Bu cisimlerin, İran'dan Türkiye'ye atılan 3'üncü bir balistik füzenin, NATO'ya ait füze savunma sistemleri tarafından imhası sonucu… pic.twitter.com/tvY7HZ5d8b Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir