İrandan Azərbaycana təxliyə: Daha 42 xarici vətəndaş sərhədi keçdi - VİDEO
İrandakı mövcud vəziyyətlə əlaqədar xarici ölkə vətəndaşlarının Azərbaycan ərazisi vasitəsilə təxliyə prosesi davam etdirilir Oxu.Az "Report"a istinadla xəbər verir ki, bu gün günorta saatlarından etibarən Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə bir neçə ölkənin vətəndaşı ölkəmizə

İrandakı mövcud vəziyyətlə əlaqədar xarici ölkə vətəndaşlarının Azərbaycan ərazisi vasitəsilə təxliyə prosesi davam etdirilir Oxu.Az "Report"a istinadla xəbər verir ki, bu gün günorta saatlarından etibarən Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə bir neçə ölkənin vətəndaşı ölkəmizə daxil olub Saat 16:00-dan 19:00-dək olan müddətdə İndoneziyanın 36 (onlardan üçü diplomatdır) və Çinin üç vətəndaşı İrandan Azərbaycana keçib. Axşam saat 19:00-dan 21:00-dək isə daha üç Nigeriya vətəndaşının təxliyəsi baş tutub. Bununla da İrandan ölkəmizə təxliyə olunan Nigeriya vətəndaşlarının ümumi sayı 13-ə çatıb Təxliyə olunan şəxslər sərhəd-buraxılış məntəqəsində müvafiq sənəd yoxlanışı və qeydiyyat prosedurlarından keçdikdən sonra təhlükəsizlik qaydalarına uyğun şəkildə ölkə ərazisinə buraxılıblar İsveçrənin İranda yerləşən səfirliyinin əməkdaşları təxliyə olunublar Oxu.Az "Report"a istinadən xəbər verir ki, səfir Olivier Bangerter və altı əməkdaş Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təhlükəsiz şəkildə Azərbaycan ərazisinə daxil olublar İrandan Azərbaycana təxliyə: Daha 42 xarici vətəndaş sərhədi keçdi - VİDEO Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb Qeydiyyat prosedurlarından onlar sonra təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar Bundan əlavə, bir Kanada, iki Çin vətəndaşının da təxliyəsi həyata keçirilib İrandan fevralın 28-i saat saat 08:00-dan martın 11-i saat 14:00-dək Azərbaycana 72 ölkənin 2 225 vətəndaşı təxliyə olunub Oxu.Az "Report"a istinadən xəbər verir ki, təxliyə olunanların 394 nəfəri Azərbaycan vətəndaşıdır Eyni zamanda Çindən 674, Rusiyadan 293, Tacikistandan 174, Pakistandan 140, Omandan 57, İtaliyadan 44, İndoneziyadan 32, İrandan 29, İspaniyadan 26, Əlcəzair 25, Səudiyyə Ərəbistandan 18, Yaponiyadan 17, Fransa və Almaniyadan hərəsindən 16, Gürcüstandan 13, Özbəkistan, Macarıstan və Polşadan hərəsindən 12, Meksikadan 11, Nigeriya, Belarus, Bolqarıstan və Konqo Demokratik Respublikasından hərəsindən 10 vətəndaş Azərbaycana təxliyə edilib Bundan başqa, təxliyə edilənlər arasında Böyük Britaniyadan və Kanadadan 9, Braziliyadan və Qazaxıstandan 8, BƏƏ-dən, Slovakiyadan, Belçikadan və Rumıniyadan hərəsindən 6, Serbiyadan, İsveçrədən, Çexiyadan, Əfqanıstandan, Avstriyadan və Hindistandan hərəsindən 5, İordaniyadan, Banqladeşdən, Türkiyədən, Ukraynadan, Şri-Lankadan, Küveytdən, Bəhreyndən, ABŞ-dən, Finlandiyadan və Niderlanddan hərəsindən 4, Qətərdən, Filippindən, Xorvatiyadan, Avstraliyadan və Danimarkadan 3, Nepaldan, Livandan, Yəməndən, Qırğızıstandan, İsveçdən, Sudandan, Kiprdən və Sloveniyadan hərəsindən 2 vətəndaş var İrandan Azərbaycana Tunisdən, Cənubi Afrika Respublikasından, Maldiv adalarından, Myanmadan, Kubadan, Vatikandan, Argentinadan, Bosniya və Herseqovinadan, Latviyadan, Misirdən və Belizdən hərəsindən 1 vətəndaş təxliyə olunub İrandan saat 12:00-dan 14:00-dək daha 23 nəfərin Azərbaycana təxliyəsi baş tutub Oxu.Az "Report"a istinadən xəbər verir ki, təxliyə olunanların 11-i Azərbaycan, 12-si isə Çin vətəndaşıdır Həmin şəxslərin təxliyəsi Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib İrandan saat 10:00-dan 12:00-dək daha iki Azərbaycan, üç Pakistan, iki Avstraliya vətəndaşı təxliyə edilib Oxu.Az "Report"a istinadən xəbər verir ki, onların təxliyəsi Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə baş tutub 29 Çin vətəndaşı da bu gün Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə Azərbaycana təxliyə edilib İrandan fevralın 28-i saat 8:00-dan martın 11-i saat 10:00-dək Azərbaycana 72 ölkənin 2 168 vətəndaşı təxliyə olunub Oxu.Az "Report"a istinadən xəbər verir ki, təxliyə olunanların 383 nəfəri Azərbaycan vətəndaşıdır Eyni zamanda Çindən 633, Rusiyadan 293, Tacikistandan 174, Pakistandan 137, Omandan 57, İtaliyadan 44, İndoneziyadan 32, İrandan 29, İspaniyadan 26, Əl-Cəzair 25, S.Ərəbistanından 18, Yaponiyadan 17, Fransa və Almaniyadan hərəsindən 16, Gürcüstandan 13, Özbəkistan, Macarıstan və Polşadan hərəsindən 12, Meksikadan 11, Nigeriya, Belarus, Bolqarıstan və Konqo Demokratik Respublikasıdan hərəsindən 10, Böyük Britaniyadan, Kanadadan 9, Braziliya və Qazaxıstandan 8, BƏƏ, Slovakiya, Belçika və Rumıniyanın hərəsindən 6, Serbiya, İsveçrə, Çexiya, Əfqanıstan, Avstriya, Hindistandan 5, İordaniya, Banqladeş, Türkiyə, Ukrayna, Şri-Lanka, Küveyt və Bəhreyn, ABŞ, Finlandiya, Niderlandın hərəsindən 4, Qətər, Filippin, Xorvatiya, Danimarkadan 3, Nepal, Livan, Yəmən, Qırğızıstan, İsveç, Sudan, Kipr, Sloveniyanın hərəsindən 2, Tunis, Cənubi Afrika Respublikası, Maldiv Adaları, Myanmar, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Misir, Avstraliya və Belizdən 1 vətəndaş Azərbaycana təxliyə olunublar İrandan martın 11-də saat 00:00-09:00 aralığında daha bir Azərbaycan vətəndaşı təxliyə olunub Oxu.Az "Report"a istinadla xəbər verir ki, onun təxliyəsi Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə baş tutub Qeyd edək ki, təxliyə prosesi müvafiq prosedur qaydalarına və təhlükəsizlik tələblərinə uyğun şəkildə həyata keçirilir. Astara dövlət sərhədindən buraxılış məntəqəsində vətəndaşların rahat və təhlükəsiz keçidi üçün bütün zəruri şərait yaradılıb və proses gün ərzində mərhələli şəkildə davam etdirilir Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın