Tenqri
Ana Sayfa
Dünya

İran və Hizbullah İsrailin şimalını raketlərlə vurur: hava hücumundan müdafiə çətin vəziyyətdə – VİDEO

Yaxın Şərqdə gərginlik daha da artır Musavat.com xəbər verir ki, İran və Hizbullah qüvvələri İsrailin şimal bölgələrinə və bir sıra hərbi obyektlərinə raket hücumları həyata keçirir. Məlumatlara görə, hücumlarda kaset tipli döyüş başlıqları ilə təchiz edilmiş raketlərdən istifadə olunur Yayılan

4 gün önce0 görüntülememusavat.com
İran və Hizbullah İsrailin şimalını raketlərlə vurur: hava hücumundan müdafiə çətin vəziyyətdə – VİDEO
Paylaş:

Yaxın Şərqdə gərginlik daha da artır Musavat.com xəbər verir ki, İran və Hizbullah qüvvələri İsrailin şimal bölgələrinə və bir sıra hərbi obyektlərinə raket hücumları həyata keçirir. Məlumatlara görə, hücumlarda kaset tipli döyüş başlıqları ilə təchiz edilmiş raketlərdən istifadə olunur Yayılan görüntülərdə ard-arda çoxsaylı raketlərin İsrail istiqamətində buraxıldığı, səmada isə hava hücumundan müdafiə sistemlərinin intensiv şəkildə işlədiyi görünür. Lakin hücumların miqyası böyük olduğu üçün bəzi raketlərin qarşısının alınmasının çətinləşdiyi bildirilir Hərbi müşahidəçilərin fikrincə, bu tip kaset başlıqlı raketlər müdafiə sistemləri üçün əlavə çətinlik yaradır. Çünki raket hədəfə yaxınlaşarkən bir neçə ayrı döyüş elementi buraxa bilir və bu da hava hücumundan müdafiə sistemlərinin yükünü artırır