İran raketləri və “alqoritmlərin savaşı” – Abdullah Ağar nə yazır?
Son günlər İran ərazisindən buraxılan ballistik raketlərin Türkiyə istiqamətində yönəlməsi, Aralıq dənizində yerləşən NATO gəmiləri tərəfindən vurulması, eyni zamanda Naxçıvana kamikadze dronların göndərilməsi bölgədə yeni və mürəkkəb təhlükəsizlik müzakirələrinə səbəb olub Türkiyənin tanınmış hər
Son günlər İran ərazisindən buraxılan ballistik raketlərin Türkiyə istiqamətində yönəlməsi, Aralıq dənizində yerləşən NATO gəmiləri tərəfindən vurulması, eyni zamanda Naxçıvana kamikadze dronların göndərilməsi bölgədə yeni və mürəkkəb təhlükəsizlik müzakirələrinə səbəb olub Türkiyənin tanınmış hərbi analitiki və təhlükəsizlik eksperti Abdullah Ağar bu hadisələri yalnız hərbi insident kimi deyil, müasir müharibələrin yeni mərhələsi – “alqoritmlərin savaşı” prizmasından təhlil edir Musavat.com bildirir ki, Abdullah Ağarın fikrincə, İran raketləri ilə bağlı baş verən hadisələri sadə izahlarla və emosional yanaşmalarla qiymətləndirmək düzgün deyil O bildirir ki, bu cür proseslərin arxasında çoxqatlı strateji mexanizmlər, texnoloji manipulyasiya və böyük dövlətlərin sınaqları dayanmış ola bilər Abdullah Ağarın geniş təhlilinin Azərbaycan türkcəsinə uyğunlaşdırılmış mətnini təqdim edirik İran raketləri məsələsi Kimisi buna “saxta bayraq əməliyyatı” deyir, kimisi isə “həqiqi hücum” Bəziləri İran prizmasından baxır, digərləri ABŞ və ya İsrail prizmasından. Amma əksəriyyət baş verənlərin mahiyyətini dərk etmir Çox adam öz ağlına gələn fikirləri strateji analiz hesab edir Halbuki həqiqəti və bütün ehtimalları gerçəkdən bilən yoxdur Strateji analiz emosiyalarla, dogmalarla, kor inancla, təsadüfi ehtimallarla aparılmaz Müasir müharibənin yeni reallığı: alqoritmlərin savaşı İrandan buraxılıb Türkiyəyə doğru yönələn ballistik raket məsələsi… Amma məsələ yalnız bununla bitmir Azerbaycanı da təsir edən paralel hadisələr var və hamısı eyni çərçivədə oxunmalıdır. Çünki burada söhbət yalnız Türkiyədən və ya yalnız Azərbaycandan getmir Baş verən hadisələrə nəzər salaq: İrandan buraxılan ballistik raket İraq və Suriya hava məkanını keçdikdən sonra Türkiyə istiqamətinə yönünü dəyişib və Aralıq dənizində yerləşən Aegis tipli ABŞ/NATO hərbi gəmisi tərəfindən vurulub Sosial mediada Atatürk su anbarı ətrafında raket qalıqlarının tapıldığı bildirilib İrandan Naxçıvana 4 kamikadze dron buraxılıb Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti Bakı-Tiflis-Ceyhan neft kəmərini, İsrailin Azərbaycandakı səfirliyini, Dağ yəhudiləri icmasının dini liderlərindən birini və Aşkenazi sinaqoqunu hədəf alan terror planını ifşa etdiyini açıqlayıb Dünən isə İrandan buraxıldığı və Türkiyəni hədəf aldığı bildirilən daha bir ballistik raket yenə Aralıq dənizində yerləşən NATO gəmisi tərəfindən – ehtimal ki SM-3 raketi ilə vurulub Biz nə ilə qarşı-qarşıyayıq? Ballistik raket – yalnız silah deyil Əvvəlcə bunu qeyd etmək lazımdır: Ballistik raket yalnız dağıdıcı silah deyil manipulyasiya vasitəsi qeyri-müəyyənlik yaradan mexanizm ola bilər Bu baxımdan Türkiyə və Azərbaycan üçün məsələ sadəcə ani reaksiya vermək deyil Əsas məsələ həqiqi məqsədi və həqiqi aktoru tapmaqdır Bu hücumların arxasında müxtəlif ehtimallar ola bilər: İran daxilində strateji qərar verən mərkəzi strukturlar Raket sistemlərini manipulyasiya edə bilən ara qərar mexanizmləri Türkiyə və Azərbaycanı müharibəyə çəkmək istəyən daxili qruplar İranın qərar mexanizmlərini manipulyasiya edə bilən xarici aktorlar Müharibə stresinin yaratdığı yanlış strateji qərar Əgər İran dövlət ağlı mövcuddursa, İranın Türkiyə və Azərbaycanla müharibəyə girməsi strateji intihar olardı Digər tərəfdən bəzi raketlərin İraq-Suriya koridoru üzərindən uçacaq şəkildə proqramlaşdırılması ABŞ radar sistemlərini test etmək məqsədi də daşıya bilər Müasir müharibə artıq çoxqatlıdır Qarabağ, Ukrayna, Suriya və indi İran-İsrail/ABŞ müharibəsi bir həqiqəti göstərdi: Müasir müharibə artıq tək qatlı deyil, ən azı dörd qatlıdır Kinetik qat – raketlər, tanklar, təyyarələr, əsgərlər Spektr qat – radarlar, elektron müharibə, məlumat əlaqələri Alqoritmik qat – proqram təminatı, kiber əməliyyatlar, məlumat manipulyasiyası Manipulyasiya qatı – düşmənin silahını, emosiyasını və qərar mexanizmini yönləndirmək Yəni müharibə artıq yalnız silahların işi deyil Alqoritmlərin və “soft intelligence”ın savaşıdır Məsələn, ballistik raket artıq sadəcə silah deyil – o, uçan məlumat düyünüdür Raketlər manipulyasiya edilə bilərmi? Müasir müharibədə ən kritik məsələ raketin uçuşu deyil Ən kritik məsələ raket buraxılmadan əvvəl onun manipulyasiya edilə bilməsidir istehsal mərhələsində proqram yenilənməsi zamanı texniki xidmət zamanı uçuş zamanı elektron müdaxilə ilə navigasiya alqoritmləri kimi çoxsaylı komponentlərdən ibarətdir Bu komponentlərdən biri belə manipulyasiya olunarsa, raket əslində artıq başqa bir aktorun nəzarətinə keçmiş ola bilər Ballistik raket havada yön dəyişə bilərmi? Teorik olaraq mümkündür, lakin çox çətindir Ballistik raketin uçuşu üç mərhələdən ibarətdir: Start mərhələsi (Boost phase) GPS saxtalaşdırılması koordinatların dəyişdirilməsi 2. Kosmos mərhələsi (Midcourse) məlumat siqnallarının dəyişdirilməsiproqram təminatına müdaxilə 3. Terminal mərhələsi elektron qarışdırmasaxta hədəflər Əksər müasir raketlər inertial naviqasiya sistemi (INS) ilə işlədiyi üçün xarici müdaxilə çətindir, lakin yenə də mümkündür Müasir müharibənin ən kritik sahələrindən biri spektr müharibəsidir Radarlar, GPS siqnalları və məlumat əlaqələri manipulyasiya edilə bilər Bu isə belə bir ehtimal yaradır: Bəlkə də bizə gələn raket əslində bizə gəlmirdi İrandan buraxılan və Türkiyə istiqamətində uçduğu bildirilən raket hadisələri ilə bağlı ən azı 6 ehtimal var: 1. Raket həqiqətən hədəfə gedirdi və müdafiə sistemi tərəfindən vuruldu 2. Elektron müharibə nəticəsində naviqasiya sistemi pozuldu 3. Spektr müharibəsi nəticəsində hədəf koordinatları dəyişdi 4. Raket proqramında sabotaj var idi 5. Uçuş zamanı kiber müdaxilə edildi 6. İran ABŞ radar şəbəkəsini test edirdi Dövlət ağlı necə davranmalıdır? Həqiqi aktoru tapmadan düzgün reaksiya vermək çətindir Amma hətta aktor məlum olsa belə risk böyükdür Əsl dövlət ağlı belə vəziyyətlərdə: başqasının qurduğu meydanda başqasının istədiyi zamanda başqasının müəyyən etdiyi reflekslə hərəkət etməz O, öz strateji yaddaşına söykənər Öz ölçüsünü müəyyən edər Və təsirini belə göstərər