İran müharibəsi genişlənir: Ermənilər Zəngəzura görə qorxurlar - Azərbaycanla Türkiyə
İran müharibəsinin davam etdiyi vaxt Ermənistanda əsas müzakirələr Zəngəzuru itirmək məsələsi üzərində aparılır. Erməni ekspertlər iddia edirlər ki, müharibə genişlənərək, bütün regionu bürüyəcək və Ermənistan “fillərin savaşında” ayaq altında qalacaq. Proseslərin bu istiqamətdə inkişafı Ermənistanı

İran müharibəsinin davam etdiyi vaxt Ermənistanda əsas müzakirələr Zəngəzuru itirmək məsələsi üzərində aparılır. Erməni ekspertlər iddia edirlər ki, müharibə genişlənərək, bütün regionu bürüyəcək və Ermənistan “fillərin savaşında” ayaq altında qalacaq. Proseslərin bu istiqamətdə inkişafı Ermənistanın Zəngəzura nəzarəti itirməsi ilə nəticələnəcək. Publika.az xəbər verir ki, erməni analitik Aram Şahnazaryan İranda hadisələrin nəzarətdən çıxacağı təqdirdə, Azərbaycan və Türkiyənin prosesə qoşulacağı iddiasını irəli sürüb. Onun fikrincə, İranda daxili mübarizə başlayarsa, oradakı azərbaycanlıların təhlükəsizliyi məsələsi gündəmə gələcək və bunu yalnız Azərbaycanla Türkiyə həll edə bilər. “Bu proses bölgədə siyasi xəritələrin dəyişməsi deməkdir ki, nəticədə Sünik üzərində nəzarətimizi itirə bilərik”, - o iddia edib. Türkoloq Andranik İspiryan isə iddia edir ki, İran müharibəsi Azərbaycana təhlükə yaradarsa, Türkiyə prosesə müdaxilə edəcək. O, Türkiyənin mümkün müdaxiləsinin Zəngəzur üzərindən edilə biləcəyini hesab edir. “Türkiyənin dəstəyinin hansı formada olacağını dəqiq deyə bilmərik, bu, hadisələrin inkişafından asılı olacaq. Lakin bütün hallarda Sünikə (Zəngəzur) risklər var”, - o iddia edib. Erməni ekspertlərin bu iddiaları reallıqdan daha çox, Paşinyan hakimiyyətinə qarşı təbliğata hesablanıb. Əsas məqsədləri seçki mübarizəsinin getdiyi vaxt ictimai rəydə Ermənistanın mövcud hakimiyyətinin ölkənin gələcəyinə təhlükə yaratdığı fikrini gücləndirməkdir. Asif THY İrəvana uçuşlara başladı Azərbaycan Göyçə istiqamətində irəliləyib? - Ermənistanı qarışdıran XƏRİTƏ Paşinyana alma atanın taleyi ilə bağlı yeni xəbər Paşinyan Fransaya getdi Paşinyan TŞ-nin iclasını çağırdı İrəvanda MTX-nin binasına “Molotov kokteyli”nin atıldığı anlar - Video Keyt Moss Merilin Monro obrazında - Foto Günün ulduz falı: keçmişdən gələn mövzu yenidən qapını döyə bilər İranı bir saat ərzində məhv edə bilərdik - Tramp Könül Həmzəyeva saxlanıldı Avtobuslarda gedişhaqqı ilə bağlı yenilik Bakıda əl enerjisi ilə "müalicə" edən "həkim" saxlanıldı İTV-dən "Avroviziya" mahnımızla bağlı tənqidlərə cavab Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto/Yeniləndi