İran Hörmüz boğazını bağlamaq niyyətində deyil
İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani Tehranın Hörmüz boğazını bağlamaq niyyətində olmadığını bildirib "Report" xəbər verir ki, bu barədə diplomat jurnalistlərə açıqlamasında deyib "Bizim Hörmüz boğazını bağlamaq niyyətimiz yoxdur. İranın Hörmüz boğazında sülhü və təhlükəsizliyi qo

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani Tehranın Hörmüz boğazını bağlamaq niyyətində olmadığını bildirib "Report" xəbər verir ki, bu barədə diplomat jurnalistlərə açıqlamasında deyib "Bizim Hörmüz boğazını bağlamaq niyyətimiz yoxdur. İranın Hörmüz boğazında sülhü və təhlükəsizliyi qorumaq üçün ayrılmaz hüququ var, bu, bizim məsuliyyətimizdir", - deyə o bildirib Qeyd edək ki, ABŞ Maliyyə Naziri Skott Bessent "Sky News"a verdiyi müsahibədə bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələri, ehtimal ki, beynəlxalq koalisiyanın bir hissəsi olaraq, hərbi cəhətdən mümkün olduqda Hörmüz boğazından gəmiləri müşayiət edəcək "İnanıram ki, hərbi cəhətdən mümkün olan kimi, ABŞ Hərbi Dəniz Qüvvələri, ehtimal ki, beynəlxalq koalisiyanın bir hissəsi olaraq, gəmiləri müşayiət etməyə başlayacaq", - Bessent deyib O, gəmilərin müşayiət planının ABŞ-ın hava məkanına tam nəzarəti ələ keçirməsindən və İranın raket imkanlarını bərpa etmək qabiliyyəti tamamilə pozulduqdan sonra həyata keçiriləcəyini söyləyib Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir