Tenqri
Ana Sayfa
Dünya

İqor Qarafuliç: WUF13 qlobal çağırışlar fonunda dialoq məkanına çevriləcək

Azərbaycan qarşısına sadəcə irimiqyaslı beynəlxalq tədbirə səmərəli şəkildə ev sahibliyi etmək deyil, həm də şəhər inkişafı məsələlərində real nəticələrə nail olmaq kimi qlobal hədəflər qoyur "Report" xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi İqor Qarafuliç XIII Qlo

1 gün önce0 görüntülemereport.az
İqor Qarafuliç: WUF13 qlobal çağırışlar fonunda dialoq məkanına çevriləcək
Paylaş:

Azərbaycan qarşısına sadəcə irimiqyaslı beynəlxalq tədbirə səmərəli şəkildə ev sahibliyi etmək deyil, həm də şəhər inkişafı məsələlərində real nəticələrə nail olmaq kimi qlobal hədəflər qoyur "Report" xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi İqor Qarafuliç XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən brifinqdə bildirib "Hazırkı qlobal müzakirələr dövründə WUF-un keçirilməsi bir araya gələ və dialoq apara biləcəyimiz bir məkan yaradır və bunun öz gücü var: çoxtərəflilik bizə fikir ayrılıqlarımızı sivil şəkildə müzakirə etmək imkanı verir. Siz dünyaya belə bir məkan təqdim etdiyiniz üçün fəxr etməlisiniz Hökumətinizin nümayəndələri ilə keçirdiyim bütün görüşlərdə aydın oldu ki, söhbət təkcə birdəfəlik tədbirin keçirilməsindən getmir. Bu proses dövlət siyasətinin bir hissəsidir və mühüm ortamüddətli hədəf kimi nəzərdən keçirilir Buna görə də burada olduğum aylar ərzində əmin ola bildiyim qədər, atdığınız bütün addımlar yalnız ölkənizin maraqları çərçivəsindən kənara çıxan daha iddialı inkişaf məqsədlərinə nail olmağa yönəlib. İşləyib hazırlayacağınız ideyalar və siyasət şəhər inkişafı məsələlərində dünyanı yönləndirəcək", - o əlavə edib Qarafuliç Bakı Olimpiya Stadionunun WUF13-ün keçirilməsinə hazırlığını yüksək qiymətləndirib Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir