İqor Qarafuliç: Ağ Şəhər ilhamverici və çox faydalı ola biləcək şəhər transformasiyasının açıq-aydın nümunəsidir
Davamlı mənzillər və şəhər transformasiyası ilə bağlı bir neçə son dərəcə vacib nümunə var. Şəhər transformasiyasından danışanda dünən Bakıda Ağ Şəhəri gördük. Bu, ilhamverici, transformativ və çox faydalı ola biləcək şəhər transformasiyasının açıq-aydın nümunəsidir AZƏRTAC xəbər verir ki, bu sözlə

Davamlı mənzillər və şəhər transformasiyası ilə bağlı bir neçə son dərəcə vacib nümunə var. Şəhər transformasiyasından danışanda dünən Bakıda Ağ Şəhəri gördük. Bu, ilhamverici, transformativ və çox faydalı ola biləcək şəhər transformasiyasının açıq-aydın nümunəsidir AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin Azərbaycandakı müvəqqəti rezident-əlaqələndiricisi İqor Qarafuliç Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) həsr olunan brifinqdə deyib "Şübhəsiz ki, Şərqi Avropada, xüsusilə Polşanın Katovitse şəhərində həyata keçirilən transformasiya mühüm əhəmiyyət kəsb edir. 11-ci Ümumdünya Şəhərsalma Forumuna, COP konfransına və digər möhtəşəm tədbirlərə ev sahibliyi edən Katovitse köhnə sənaye zonasından çox canlı, müasir bir şəhərə çevrilməyin ən uğurlu nümunələrindən biridir Eynilə Mərkəzi Asiyada da şəhər transformasiyası ilə bağlı bir çox uğur hekayələri mövcuddur. Bu təcrübələr həm ilhamvericidir, həm də Qlobal Cənub ölkələri ilə tərəfdaşlıq və əməkdaşlıq baxımından olduqca faydalıdır", - deyə İqor Qarafuliç bildirib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır