Çinin səfiri: Azərbaycan ÇXR Sədrinin qlobal təşəbbüslərini dəstəkləyir VİDEO
Çin və Azərbaycan inkişaf və dirçəliş üzrə tərəfdaşlar, həmçinin Qlobal Cənubun mühüm üzvləridir AZƏRTAC xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfiri Lu Mey cümə günü keçirilən brifinqdə bildirib O, Çinin Sədri Si Cinpinin təklif etdiyi bəşəriyyət üçün ort

Çin və Azərbaycan inkişaf və dirçəliş üzrə tərəfdaşlar, həmçinin Qlobal Cənubun mühüm üzvləridir AZƏRTAC xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfiri Lu Mey cümə günü keçirilən brifinqdə bildirib O, Çinin Sədri Si Cinpinin təklif etdiyi bəşəriyyət üçün ortaq gələcəyi təmin edən bir icma qurmaq konsepsiyasının 100-dən çox ölkə və beynəlxalq təşkilat tərəfindən dəstəkləndiyini qeyd edib. Bu konsepsiyanın bir hissəsi olaraq, Çin inkişaf, təhlükəsizlik, sivilizasiya və idarəetmə ilə bağlı dörd qlobal təşəbbüs irəli sürüb Lu Mey qeyd edib ki, Azərbaycan bu təşəbbüsləri dəstəkləyir və Çin tərəfindən yaradılmış beynəlxalq əməkdaşlıq platformalarında, o cümlədən “Qlobal İnkişaf Təşəbbüsünün Dostları Qrupu” və “Qlobal İdarəetmə Təşəbbüsünün Dostları Qrupu”nda fəal iştirak edir “Çin ölkənin modernləşdirilməsi imkanlarını Azərbaycan ilə bölüşməyə və qarşılıqlı faydalı inkişafın yeni gələcəyini birgə yaratmağa hazırdır”, - deyə diplomat vurğulayıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır