Tenqri
Ana Sayfa
Spor

Çinin Hunan əyalətinin nümayəndə heyəti Azərbaycan İdman Akademiyasında olub

Çinin Hunan əyalətinin Xarici İşlər nümayəndə heyəti Azərbaycan İdman Akademiyasında (ASA) olub ASA-dan AZƏRTAC-a bildirilib ki, qonaqlar Akademiyada fəaliyyət göstərən İdman tibbi tədqiqatları laboratoriyası və MediaLab-da yaradılmış müasir infrastruktur və tədris imkanları ilə tanış olublar So

3 gün önce0 görüntülemeazertag.az
Çinin Hunan əyalətinin nümayəndə heyəti Azərbaycan İdman Akademiyasında olub
Paylaş:

Çinin Hunan əyalətinin Xarici İşlər nümayəndə heyəti Azərbaycan İdman Akademiyasında (ASA) olub ASA-dan AZƏRTAC-a bildirilib ki, qonaqlar Akademiyada fəaliyyət göstərən İdman tibbi tədqiqatları laboratoriyası və MediaLab-da yaradılmış müasir infrastruktur və tədris imkanları ilə tanış olublar Sonra ASA-nın rektoru Fuad Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə qonaqlar arasında görüş keçirilib. Su Langın rəhbərlik etdiyi nümayəndə heyəti ilə aparılan müzakirələrdə Çinin Hunan əyalətinin ali təhsil müəssisələri ilə (Central South University və Hunan University) əməkdaşlıq əlaqələrinin qurulması, müəllim və tələbə mübadiləsi proqramlarının həyata keçirilməsi, həmçinin süni intellekt əsaslı yeni tətbiqi proqramların idman sahəsində model kimi tətbiqi istiqamətində fikir mübadiləsi aparılıb. Tərəflər gələcəkdə birgə layihələrin hazırlanması, akademik və elmi əməkdaşlığın genişləndirilməsi, eləcə də innovativ təşəbbüslərin dəstəklənməsi istiqamətində qarşılıqlı maraq ifadə ediblər 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır