Tenqri
Ana Sayfa
Dünya

İngiltərədə yüzlərlə tələbə antibiotik üçün növbəyə dayanıb

İngiltərənin Kent qraflığında meningit xəstəliyinin yayılması nəticəsində iki nəfər həyatını itirib, yüzlərlə tələbə isə profilaktik antibiotik almaq üçün növbəyə dayanıb AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi Kanterberi bölgəsində c

yaklaşık 4 saat önce0 görüntülemeazertag.az
İngiltərədə yüzlərlə tələbə antibiotik üçün növbəyə dayanıb
Paylaş:

İngiltərənin Kent qraflığında meningit xəstəliyinin yayılması nəticəsində iki nəfər həyatını itirib, yüzlərlə tələbə isə profilaktik antibiotik almaq üçün növbəyə dayanıb AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi Kanterberi bölgəsində cümə günündən bazar gününə qədər meningit əlamətləri ilə 13 yoluxma halı qeydə alındığını bildirib Hazırda Kent Universitetinin bəzi tələbələri xəstəxanaya yerləşdirilib, digərlərinə isə antibiotik verilir. Bu gün səhər universitetin binası qarşısında dərman almaq istəyən tələbələrin uzun növbələri müşahidə olunub Mütəxəssislər bildirirlər ki, meningitin konkret hansı ştamdan qaynaqlandığı hələ müəyyən edilməyib. Meningokok bakteriyası beyin qişalarının iltihabına və qan zəhərlənməsinə səbəb ola bilər və bu vəziyyət qısa müddətdə sepsisə gətirib çıxara bilər 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır