Tenqri
Ana Sayfa
Dünya

İnarə Babayeva: Türk xalqlarını birləşdirən ortaq dəyərlər musiqidə yaşayır

"Türk xalqlarını birləşdirən ortaq dil, mədəniyyət və musiqi ənənələri bu gün də müxtəlif layihələr və konsert proqramları vasitəsilə yaşadılır və təbliğ olunur. Bu istiqamətdə təşkil edilən tədbirlər xalqlar arasında mədəni bağları daha da möhkəmləndirir, ortaq kökləri və dəyərləri tamaşaçılara təq

3 gün önce0 görüntülemeazertag.az
İnarə Babayeva: Türk xalqlarını birləşdirən ortaq dəyərlər musiqidə yaşayır
Paylaş:

"Türk xalqlarını birləşdirən ortaq dil, mədəniyyət və musiqi ənənələri bu gün də müxtəlif layihələr və konsert proqramları vasitəsilə yaşadılır və təbliğ olunur. Bu istiqamətdə təşkil edilən tədbirlər xalqlar arasında mədəni bağları daha da möhkəmləndirir, ortaq kökləri və dəyərləri tamaşaçılara təqdim edir" Bunu AZƏRTAC-a açıqlamasında Əməkdar artist İnarə Babayeva deyib "Bu gün Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil olunan konsert proqramı da məhz bu məqsədə xidmət edir - ortaq dəyərləri yaşatmaq və paylaşmaq. Proqramda altı ölkənin musiqi və rəqs nümunələri təqdim olunub. Bu cür layihələr həm milli musiqinin, həm də ümumilikdə türk xalqlarının ortaq mədəni irsinin tanıdılması baxımından böyük əhəmiyyət daşıyır. Çünki bu xalqların dilində, musiqisində və mədəniyyətində eyni köklər hiss olunur", - deyə Əməkdar artist qeyd edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır