Tenqri
Ana Sayfa
Dünya

İlham Əliyev Tokayevi təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb Publika.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli Kasım-Jomart Kemeleviç Qazaxıstan Respublikasının yeni Konstitusiyası üzrə referendumun müvəffəqiyyətlə başa çatması münasibətilə Sizi və

yaklaşık 4 saat önce0 görüntülemepublika.az
İlham Əliyev Tokayevi təbrik etdi
Paylaş:

Azərbaycan Prezidenti İlham Əliyev qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb Publika.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli Kasım-Jomart Kemeleviç Qazaxıstan Respublikasının yeni Konstitusiyası üzrə referendumun müvəffəqiyyətlə başa çatması münasibətilə Sizi və Sizin simanızda qardaş Qazaxıstan xalqını səmimi-qəlbdən təbrik edirəm Referendumun nəticəsi – yeni Konstitusiyanın qəbulu xalqınızın birliyinin və milli iradəsinin bariz ifadəsi, Sizə olan böyük inam və etimadının təzahürü, Qazaxıstanın rifahı naminə yürütdüyünüz qətiyyətli siyasətə dəstəyinin göstəricisidir. Heç şübhə yoxdur ki, siyasi sistemin modernləşdirilməsini və idarəetmə modelinin təkmilləşdirilməsini nəzərdə tutan bu mühüm hadisə Qazaxıstanın tarixində yeni mərhələnin başlanğıcını qoyaraq qardaş ölkənizin hərtərəfli inkişafına töhfə verəcək, onun beynəlxalq müstəvidə rolunu və mövqeyini daha da gücləndirəcək Əminəm ki, xalqlarımızın ortaq tarixindən, zəngin mənəvi dəyərlərindən güc alan, dostluğa, qardaşlığa, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-Qazaxıstan əlaqələri, strateji tərəfdaşlığı və müttəfiqliyi bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə inkişaf etməyə və daha da möhkəmlənməyə davam edəcək Hörmətli Kasım-Jomart Kemeleviç, bu böyük zəfər münasibətilə Sizə bir daha təbriklərimi çatdırır, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Qazaxıstan xalqına isə daim əmin-amanlıq və firavanlıq arzulayıram" İlham Əliyev bu qanunu təsdiqlədi İlham Əliyev yeni qanun imzaladı Prezident bu hərbçiləri təltif etdi - SİYAHI İsveçrənin XİN rəhbəri Azərbaycana təşəkkür etdi Prezident XIII Qlobal Bakı Forumu ilə bağlı paylaşım etdi - Video İlham Əliyev fərman imzaladı İlham Əliyev bu qanunu təsdiqlədi Tehran atəşkəsdən imtina etdi: Axıra qədər gedəcəyik İlham Əliyev yeni qanun imzaladı Bella Torn "Oskar"da şok yaratdı: Çılpaq gələcəyini heç kim gözləmirdi - Foto İsrail Xameneinin təyyarəsini də məhv etdi İran xəritədən silinib? - Avropalı deputatlar İslam ölkəsini tapa bilmədilər Üç övladı olan valideynləri sevindirəcək xəbər Hərbi xidmətə getməyənlərin NƏZƏRİNƏ: Qaydalar sərtləşdirilir