Tenqri
Ana Sayfa
Bilim

"İlbər Ortaylının vəfatı türk dünyasının elm aləmi üçün də ağır bir itkidir" - İsa Həbibbəyli

Akademik İsa Həbibbəyli professor İlber Ortaylının vəfatı ilə bağlı başsağlığı verib 525.az xəbər verir ki, başsağlığı mətnində deyilir: "Görkəmli tarixçi alim, tanınmış ictimai xadim İlbər Ortaylı türk dünyasının dünya elminə bəxş etdiyi nadir simalardandır. Bu böyük elm xadiminin Osmanlı tarixin

1 gün önce0 görüntüleme525.az
"İlbər Ortaylının vəfatı türk dünyasının elm aləmi üçün də ağır bir itkidir" - İsa Həbibbəyli
Paylaş:

Akademik İsa Həbibbəyli professor İlber Ortaylının vəfatı ilə bağlı başsağlığı verib 525.az xəbər verir ki, başsağlığı mətnində deyilir: "Görkəmli tarixçi alim, tanınmış ictimai xadim İlbər Ortaylı türk dünyasının dünya elminə bəxş etdiyi nadir simalardandır. Bu böyük elm xadiminin Osmanlı tarixinə və qardaş Türkiyənin mühüm tarixi hadisələrinə və böyük şəxsiyyətlərinin xidmətlərinə həsr edilmiş elmi əsərləri tədqiqatçı elm xadimi ilə mütəfəkkir alim düşüncəsinin vəhdətini əks etdirən sanballı tədqiqatlardır Professor İlbər Ortaylı türk dünyası akademik elmi mühitinin əsas ağsaqqallarından biri kimi yüksək nüfuz qazanmış böyük və parlaq şəxsiyyət idi Görkəmli elm xadimi İlbər Ortaylının ölkəmizlə çoxcəhətli əlaqələri Azərbaycan elm tarixinin müasir dövrünün əhəmiyyətli hadisələrinə çevrilmişdir Ağsaqqal alimin çoxillik elmi fəaliyyətində Azərbaycanın tarixi, mədəniyyəti və ədəbiyyatına həsr olunmuş araşdırmalar da özünəməxsus yer tutur. O, eyni zamanda, müstəqil Azərbaycanın nailiyyətlərinin ardıcıl təbliğatçılarından biri idi. Professor İlbər Ortaylının Azərbaycanın tanınmış simaları və elm adamları ilə əlaqələri ölkələrimiz arasında yeni əməkdaşlıq körpülərinin qurulması və möhkəmləndirilməsində mühüm rol oynamışdır Görkəmli elm xadimi İlbər Ortaylının vəfatı Türkiyə üçün olduğu kimi, türk dünyasının elm aləmi üçün də ağır bir itkidir. Azərbaycan alimləri İlbər Ortaylının simasında əziz bir insanı, müdrik bir ağsaqqalı, nadir bir şəxsiyyəti, fədakar bir tədqiqatçını və etibarlı bir dostu itirmişdir Qiymətli elmi əsərləri, yetirmələri və dostları professor İlbər Ortaylının adını və xatirəsini yaşadacaqlar Professor İlbər Ortaylının vəfatı ilə əlaqədar qardaş Türkiyə Cümhuriyyətinin akademik qurumlarına, türk alimlərinə və onun ailə üzvlərinə dərin hüznlə başsağlığı veririk Allah rəhmət eləsin"