Tenqri
Ana Sayfa
Dünya

“İki sessiya Çinin stabil inkişafında sarsılmaz gücünü dünyaya nümayiş etdirdi” - Səfir

“Bu il martın 4-dən 12-dək Pekində Çin Xalq Siyasi Məşvərət Şurasının illik sessiyası və Xalq Nümayəndələri Yığıncağının illik sessiyası keçirilib. “İki sessiya” zamanı 15-ci beşillik inkişaf planı beynəlxalq gündəmin əsas mövzusuna çevrilib. Çinin Dövlət Şurasının Baş naziri Li Çian hökumətin fəali

2 gün önce0 görüntüleme525.az
“İki sessiya Çinin stabil inkişafında sarsılmaz gücünü dünyaya nümayiş etdirdi” - Səfir
Paylaş:

“Bu il martın 4-dən 12-dək Pekində Çin Xalq Siyasi Məşvərət Şurasının illik sessiyası və Xalq Nümayəndələri Yığıncağının illik sessiyası keçirilib. “İki sessiya” zamanı 15-ci beşillik inkişaf planı beynəlxalq gündəmin əsas mövzusuna çevrilib. Çinin Dövlət Şurasının Baş naziri Li Çian hökumətin fəaliyyəti ilə bağlı hesabatında ölkənin 2026-cı il üçün əsas inkişaf hədəflərini açıqlayıb” 525.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının (ÇXR) Azərbaycandakı səfiri Lu Mey brifinqdə bildirib Səfir deyib ki, “iki sessiya” Çinin stabil inkişafında sarsılmaz gücünü dünyaya nümayiş etdirdi. Onun sözlərinə görə, təsdiq edilmiş sənəddə 20 əsas inkişaf göstəricisi yer alıb, qarşıdakı illər üçün ən vacib strateji hədəflər sistemli şəkildə müəyyən edilib və altı sahədə 109 böyük layihənin həyata keçirilməsi nəzərdə tutulub Lu Mey bildirib ki, “Çin planlaşdırması” beynəlxalq ictimaiyyət tərəfindən dövlət idarəçiliyinin ən fərqli və effektiv modellərindən biri hesab olunur “Proqram Çinin növbəti beş il ərzində sosial-iqtisadi inkişafı üçün aydın yol xəritəsi yaratmaqla yanaşı, dünyaya əməkdaşlıq üçün imkanlar siyahısını da təqdim edir. Bunlara iqtisadi artımın 4,5-5 faiz səviyyəsində təmin edilməsi, şəhərlərdə 12 milyondan çox yeni iş yerinin yaradılması və istehlak qiymətləri indeksinin artımının təxminən 2 faiz səviyyəsində saxlanılması daxildir. Çinin gözlənilən iqtisadi artım tempi qlobal orta göstəricini üstələyir və dünyanın əsas iqtisadiyyatları arasında ən yüksək göstəricilərdən biri olaraq qalır. Bu, qlobal iqtisadiyyatda etimadın və sabitliyin gücləndirilməsinə əhəmiyyətli töhfə verəcək”, - diplomat əlavə edib Bildirib ki, Çin 150-dən çox ölkə və region üçün əsas ticarət tərəfdaşıdır və ardıcıl 17 ildir ki, dünyanın ikinci ən böyük idxal bazarı olaraq qalır