Hüseyn Cavidin ev-muzeyinin fondunda 12 mindən çox eksponat mühafizə olunur
Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin adını daşıyan ev-muzeyində ədibin zəngin ədəbi irsini əks etdirən eksponatların qorunması və təbliği istiqamətində ardıcıl işlər həyata keçirilir. Hazırda muzeyin fondunda 12 min 375 eksponat mühafizə olunur. Onlardan 189-u yeni qəbul edilmiş mater

Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin adını daşıyan ev-muzeyində ədibin zəngin ədəbi irsini əks etdirən eksponatların qorunması və təbliği istiqamətində ardıcıl işlər həyata keçirilir. Hazırda muzeyin fondunda 12 min 375 eksponat mühafizə olunur. Onlardan 189-u yeni qəbul edilmiş materiallardır. Ümumilikdə 588 eksponat muzeyin ekspozisiyasında nümayiş etdirilir Bunu AZƏRTAC-a açıqlamasında Hüseyn Cavidin ev-muzeyinin direktor vəzifəsini icra edən, filologiya üzrə fəlsəfə doktoru Validə Həsənova deyib O qeyd edib ki, muzeyin fonduna daxil olan materiallar arasında görkəmli ədibin şəxsi əşyaları, əlyazmaları, fotoşəkilləri, sənədlər və müxtəlif dövrlərə aid nəşrlər xüsusi yer tutur Direktorun sözlərinə görə, muzey il ərzində yerli və xarici ziyarətçilərin böyük marağı ilə qarşılanır. Cari ildə muzeyi ziyarət edənlərin ümumi sayı 3830 nəfər təşkil edib. Onlardan 3397-sinə Azərbaycan dilində, 433 xarici ziyarətçiyə isə müxtəlif dillərdə ekskursiya keçirilib Qeyd edək ki, Hüseyn Cavidin ev-muzeyi böyük ədibin həyat və yaradıcılığının öyrənilməsi, onun ədəbi irsinin gələcək nəsillərə çatdırılması baxımından mühüm mədəniyyət ocaqlarından biridir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır