Tenqri
Ana Sayfa
Dünya

“Şəhərsalma və Memarlıq İli”nə töhfə: gənc mütəxəssislər üçün yeni imkanlar

Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, Gənclər Fondunun və Azərbaycan Memarlıq və İnşaat Universitetinin tərəfdaşlığı ilə “Gənc memarlar üçün karyera imkanları” forumu keçirilib Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, 200-dən çox gəncin iştirak etdiyi forumun əsas məqsədi memarl

3 gün önce0 görüntülemeazertag.az
“Şəhərsalma və Memarlıq İli”nə töhfə: gənc mütəxəssislər üçün yeni imkanlar
Paylaş:

Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, Gənclər Fondunun və Azərbaycan Memarlıq və İnşaat Universitetinin tərəfdaşlığı ilə “Gənc memarlar üçün karyera imkanları” forumu keçirilib Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, 200-dən çox gəncin iştirak etdiyi forumun əsas məqsədi memarlıq sahəsində təhsil alan və bu sahədə karyera qurmaq istəyən gənclərin peşəkar inkişafına dəstək olmaq, onları əmək bazarındakı mövcud imkanlar və çağırışlar barədə məlumatlandırmaq olub Tədbirdə çıxış edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev, Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Nail Şükürov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev, eləcə də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma və ərazilərin inkişafı şöbəsinin müdir müavini Şahnaz Bədəlova gənclərin memarlıq sahəsində inkişafının əhəmiyyətindən, bu sahədə mövcud imkanlardan və dövlət tərəfindən həyata keçirilən təşəbbüslərdən danışıblar Qeyd olunub ki, ölkədə memarlıq və şəhərsalma sahəsinin inkişafı daim diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin Sərəncamı ilə 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması bu sahəyə göstərilən xüsusi diqqətin göstəricisidir. Həmçinin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Bakı şəhərində baş tutması memarlıq və şəhərsalma sahəsinin inkişafına mühüm töhfə verəcək Forum çərçivəsində “Əmək bazarı və gənc memarlar: imkanlar və çağırışlar” mövzusunda panel müzakirəsi təşkil olunub. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Regional nümayəndəliklərlə iş şöbəsinin müdiri Aqil Quliyevin moderatorluğu ilə keçirilən panel müzakirəsində Azərbaycan Memarlar İttifaqının katibi Şeyda Novruzzadə, “MANARCH” memarlıq şirkətinin təsisçisi İlqar Manafsoy və “PMD Projects” şirkətinin şöbə müdiri memar Kamran Kərimov spiker qismində çıxış ediblər Panel müzakirəsi zamanı spikerlər memarlıq sahəsində gənclər üçün mövcud karyera imkanları, əmək bazarının tələbləri, praktiki təcrübənin əhəmiyyəti və peşəkar inkişaf yolları barədə öz təcrübələrini bölüşüblər. Həmçinin gənclərin sualları cavablandırılıb, memarlıq sahəsində uğurlu karyera qurmaq üçün vacib bacarıqlar və inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır