Tenqri
Ana Sayfa
Dünya

Hörmüzdə böhran dərinləşir: ABŞ aciz qaldı, İran neft yolunu bağlayır

ABŞ prezidenti Donald Tramp Hörmüz boğazının “əla vəziyyətdə” olduğunu desə də, Vaşinqton administrasiyasının bəzi rəsmiləri bunun əksini düşünür Publika.az xəbər verir ki, ABŞ-ın energetika naziri Kris Rayt CNBC-yə açıqlamasında Amerika hərbi-dəniz qüvvələrinin hələlik kommersiya gəmilərinin təhlü

yaklaşık 4 saat önce0 görüntülemepublika.az
Hörmüzdə böhran dərinləşir: ABŞ aciz qaldı, İran neft yolunu bağlayır
Paylaş:

ABŞ prezidenti Donald Tramp Hörmüz boğazının “əla vəziyyətdə” olduğunu desə də, Vaşinqton administrasiyasının bəzi rəsmiləri bunun əksini düşünür Publika.az xəbər verir ki, ABŞ-ın energetika naziri Kris Rayt CNBC-yə açıqlamasında Amerika hərbi-dəniz qüvvələrinin hələlik kommersiya gəmilərinin təhlükəsizliyini təmin etməyə hazır olmadığını bildirib. Onun sözlərinə görə, tankerlərin müşayiətinə ən tez martın sonuna doğru başlanıla bilər ABŞ-ın keçmiş müdafiə naziri Leon Panetta isə CNN-ə müsahibəsində vəziyyəti “planlaşdırmanın uğursuzluğu” adlandırıb. O qeyd edib ki, İranın yeni ali lideri Müctəba Xamenei Hörmüz boğazını bağlı saxlayacaqlarını artıq bəyan edib və bu, Tehranın özünü münaqişədə qalib hesab etdiyini göstərir Panettanın fikrincə, İran neft tədarükündə ciddi fasilələr yaratmaqla ABŞ administrasiyasını siyasi baxımdan çətin vəziyyətə salmağa çalışır. O vurğulayıb ki, ABŞ hərbi gəmilərinin tankerləri qorumağa hazır olmaması Vaşinqtonun nüfuzuna ciddi zərbədir və vəziyyəti düzəltmək üçün vaxt lazım olacaq Leon Panetta vurğulayıb ki, Yaxın Şərqdə müharibənin mümkün nəticələrinə hazır olunmaması ciddi səhvdir və bunun bədəli ABŞ üçün baha başa gəlir. Onun sözlərinə görə, tankerlərin qorunması ilə bağlı gecikmə İranın xeyrinə işləyir və artıq qlobal neft bazarında ciddi sabitsizlik yaradıb. Hazırda dünya bazarında neftin qiyməti bir barel üçün 100 dollardan yuxarı səviyyədə qalır Trampın İran planı iflasa uğradı: Sentyabra qədər Tehran atəşkəsdən imtina etdi: Axıra qədər gedəcəyik Tehranda gərginlik artır: İsrail müharibənin bitəcəyi tarixi açıqladı İrandan xəbərdarlıq: ABŞ bu adaya hücum etsə, neft fantastik həddə bahalaşacaq Tehran təşviş içində: Ərəb dövlətləri İrana qarşı birləşir İsrail Xameneinin təyyarəsini də məhv etdi İlham Əliyev bu qanunu təsdiqlədi Tehran atəşkəsdən imtina etdi: Axıra qədər gedəcəyik İlham Əliyev yeni qanun imzaladı Bella Torn "Oskar"da şok yaratdı: Çılpaq gələcəyini heç kim gözləmirdi - Foto İsrail Xameneinin təyyarəsini də məhv etdi İran xəritədən silinib? - Avropalı deputatlar İslam ölkəsini tapa bilmədilər Üç övladı olan valideynləri sevindirəcək xəbər Hərbi xidmətə getməyənlərin NƏZƏRİNƏ: Qaydalar sərtləşdirilir