Tenqri
Ana Sayfa
Dünya

Misir Yaxın Şərqdə gərginliyin qarşısının alınması üçün dialoqa çağırır

Misirin xarici işlər naziri Bədr Əbdülati ölkəsinin İranın Körfəz ölkələrinə, İordaniya və İraqa, həmçinin Azərbaycana və Türkiyəyə qarşı bütün hücumlarını pislədiyini bir daha vurğulayıb. AZƏRTAC xəbər verir ki, bu barədə Misir XİN-in başçısı iranlı həmkarı Abbas Əraqçi ilə bu gün baş tutan telefo

yaklaşık 20 saat önce0 görüntülemeazertag.az
Misir Yaxın Şərqdə gərginliyin qarşısının alınması üçün dialoqa çağırır
Paylaş:

Misirin xarici işlər naziri Bədr Əbdülati ölkəsinin İranın Körfəz ölkələrinə, İordaniya və İraqa, həmçinin Azərbaycana və Türkiyəyə qarşı bütün hücumlarını pislədiyini bir daha vurğulayıb. AZƏRTAC xəbər verir ki, bu barədə Misir XİN-in başçısı iranlı həmkarı Abbas Əraqçi ilə bu gün baş tutan telefon danışığı zamanı deyib. Misirli diplomat, həmçinin regiondakı vəziyyətin təhlükəli olduğunu və münaqişənin eskalasiyasının qarşısının alınmasının vacibliyini vurğulayıb. Əbdülati yaxşı qonşuluq prinsipi və dövlətlərin suverenliyinə hörmət edilməsinin zəruriliyini diqqətə çatdırıb. Gərginliyin qarşısının alınmasının yeganə yolu kimi diplomatik yolun və dialoqun üstün tutulmasının vacibliyini qeyd edib. Diplomat regionun sülh və təhlükəsizliyi təhdid edən ümumi xaos vəziyyətinə sürüklənməsi riskindən qaçmağın vacibliyini də vurğulayıb. 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.