Tenqri
Ana Sayfa
Spor

Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 25-ci görüşünü keçirib Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan İdman Akademiyasında təşkil olunan tədbirdə nazir son dövrdə görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib Görüşün gündəliyinə uyğu

yaklaşık 4 saat önce0 görüntülemeazertag.az
Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə görüşüb
Paylaş:

Gənclər və idman naziri Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 25-ci görüşünü keçirib Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan İdman Akademiyasında təşkil olunan tədbirdə nazir son dövrdə görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib Görüşün gündəliyinə uyğun olaraq, əvvəlcə martın 2-8-də təşkil edilmiş “İdman həftəsi”nin hesabatı təqdim edilib, 2026-cı ildə “İdman Paytaxtı” Qazax şəhərində keçiriləcək yarışlar haqqında məlumat verilib. Həmçinin “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarına hazırlıq prosesi müzakirə edilib. "İdmançılarda performansın artırılması və zədələrin qarşısının alınmasında biomexanik analizin rolu" və "İdmançıların təsnifatlaşdırılması" barədə təqdimatlar dinlənilib, eləcə də "2025-ci il ərzində regionlarda görülən işlərlə bağlı" hesabat təqdim edilib Tədbirdə texniki reqlament məsələləri, idmanda təhlükəsiz mühitin təminatı və şəxsiyyətin qorunması (safeguarding), idman federasiyalarının rüblük hesabat qaydaları, Bakı-2026 - “Dünyanın İdman Paytaxtı”nın rəsmi saytının təqdimatı və federasiyaların sosial media hesabatları da müzakirə olunub. Digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır