FHN Bakıda bağlı qapı arxasında qalan azyaşlıları xilas edib
Bağlı qapı arxasında qalan azyaşlılar xilas edilib Bu barədə 525.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib Məlumata görə, FHN-nin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu, Nəsimi küçəsində yerləşən yaşayış binasında azyaşlıların mənzildə bağlı qapı arxasında köməksiz vəz

Bağlı qapı arxasında qalan azyaşlılar xilas edilib Bu barədə 525.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib Məlumata görə, FHN-nin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu, Nəsimi küçəsində yerləşən yaşayış binasında azyaşlıların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 2023-cü il təvəllüdlü azyaşlıları valideynlərinə təhvil veriblər