Tenqri
Ana Sayfa
Dünya

Evren Alkaya: "Basketbolçularımız rəqiblərlə başabaş mübarizə apara bilmirlər"

Azərbaycanın qadınlardan ibarət basketbol millisi rəqibləri ilə başabaş mübarizə apara bilmir Bunu "Report"a açıqlamasında yığmanın baş məşqçisi Evren Alkaya bildirib O, komandanın Avropa çempionatının seçmə mərhələsində rəqiblərinə böyük fərqlə uduzmasının səbəbini qısa şəkildə izah edib: "Geniş

yaklaşık 4 saat önce0 görüntülemereport.az
Evren Alkaya: "Basketbolçularımız rəqiblərlə başabaş mübarizə apara bilmirlər"
Paylaş:

Azərbaycanın qadınlardan ibarət basketbol millisi rəqibləri ilə başabaş mübarizə apara bilmir Bunu "Report"a açıqlamasında yığmanın baş məşqçisi Evren Alkaya bildirib O, komandanın Avropa çempionatının seçmə mərhələsində rəqiblərinə böyük fərqlə uduzmasının səbəbini qısa şəkildə izah edib: "Geniş formada Ukrayna ilə keçirəcəyimiz matçdan sonra danışacağam. Lakin qısa olaraq bildirməliyəm ki, rəqiblərimizlə başabaş mübarizə apara bilmirik. Çünki basketbolçularımızın yaşı da azdır. Hamısı U-18, U-19 yığmalarının oyunçularıdır. Ukrayna ilə görüşdən sonra daha böyük açıqlama verməyi düşünürəm. Onsuz da hər matçın hekayəsi, demək olar ki, eynidir" Qeyd edək ki, 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığması Bolqarıstana (48:141, 40:120) və Monteneqroya (62:104, 35:94) hər iki oyunda, həmçinin Ukraynaya (34:98) məğlub olub Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir