Espinoza: Ümumdünya Şəhərsalma Forumu kimi tədbirlərin keçirilməsi üçün siyasi iradə və güclü liderlik tələb olunur
Biz bu mühüm təşəbbüsdə Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə tərəfdaşlıq etdiyimiz üçün böyük məmnunluq və qürur hissi keçiririk AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin Baş Assambleyasının 73-cü Sessiyasını

Biz bu mühüm təşəbbüsdə Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə tərəfdaşlıq etdiyimiz üçün böyük məmnunluq və qürur hissi keçiririk AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin Baş Assambleyasının 73-cü Sessiyasının prezidenti, Ekvadorun sabiq xarici işlər naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü Maria Fernanda Espinoza Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) həsr olunan brifinq zamanı deyib O, həmçinin COP29 üzrə məsləhətçi komitənin üzvü olduğunu bildirərək deyib ki, bu baxımdan iqlim fəaliyyətləri ilə mənzil böhranının ciddi şəkildə həll edilməsi arasında güclü əlaqə var “Bu, siyasətdə ardıcıllıq və səylərdə uyğunluq yaradır. Ümumdünya Şəhərsalma Forumu kimi tədbirlərin keçirilməsi üçün güclü texniki komanda lazımdır. Lakin bundan da vacibi siyasi iradə və liderlikdir”, - deyə o əlavə edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır