Tenqri
Ana Sayfa
Dünya

Enerji bazarında "İran şoku": Tankerlərin günlük icarə haqqı bu qiymətə oldu

İrana qarşı hərbi əməliyyatların başlaması Avropanı ağır enerji böhranı ilə üz-üzə qoyub. Hürmüz boğazının faktiki blokadaya alınması nəticəsində dünya mayeləşdirilmiş təbii qaz istehsalının 20%-ni təmin edən Qətər və Birləşmiş Ərəb Əmirliklərindəki zavodlar fəaliyyətini tamamilə dayandırıb Publika

3 gün önce0 görüntülemepublika.az
Enerji bazarında "İran şoku": Tankerlərin günlük icarə haqqı bu qiymətə oldu
Paylaş:

İrana qarşı hərbi əməliyyatların başlaması Avropanı ağır enerji böhranı ilə üz-üzə qoyub. Hürmüz boğazının faktiki blokadaya alınması nəticəsində dünya mayeləşdirilmiş təbii qaz istehsalının 20%-ni təmin edən Qətər və Birləşmiş Ərəb Əmirliklərindəki zavodlar fəaliyyətini tamamilə dayandırıb Publika.az xəbər verir ki, bu barədə Fransanın "BFMTV" telekanalı məlumat yayıb Bildirilir ki, Asiya bazarında qazın qiymətinin ikiqat bahalaşması ABŞ tədarükçülərini marşrutu dəyişməyə vadar edib. Avropaya gedən LNG tankerlərinin 10%-i artıq Çin və Hindistan istiqamətinə yönəlib. Bu ölkələr qaz ehtiyaclarının böyük hissəsini məhz Qətərdən qarşıladıqları üçün hazırda daha həssas durumdadırlar Asiya və Avropa bazarları arasındakı qiymət fərqi kəskin artaraq 1 dollardan 5 dollara yüksəlib. Tankerlərin günlük icarə haqqının 50 min dollardan 300 min dollara qalxmasına baxmayaraq, yüksək qiymətlər ABŞ şirkətləri üçün Asiya marşrutunu daha gəlirli edir Mütəxəssislər xəbərdarlıq edir ki, yazın gəlişi ilə qaza tələbat azalsa da, münaqişənin uzanması Avropanın növbəti qış üçün anbarlarını doldurmasını qeyri-mümkün edə bilər Qeyd edək ki, yaranmış kritik vəziyyətdə ABŞ gözlənilməz addım ataraq, Rusiya neftinin alışına müvəqqəti icazə verib. Bəzi şərhçilərin fikrinə görə, bu yumşalma ABŞ-ın Rusiya nefti olmadan dünya enerji bazarında sabitliyin mümkünsüzlüyünü etiraf etməsi deməkdir Azərbaycan neftinin qiyməti 105 dolları keçdi Azərbaycanda bu valyutalar ucuzlaşdı - MƏZƏNNƏ Azərbaycanda bu iki bank BAĞLANACAQ Dünya gərginlikdə, Pekin ticarətdə: İran nefti Çinə axır Yaxın Şərqdə gərginlik: Bütün dünyada benzin bahalaşır - Azərbaycanda da Rubl ucuzlaşdı - MƏZƏNNƏ Messiyə "Barselona"da bu vəzifə veriləcək Əlli min müəllim ixtisar oluna bilər - HƏYƏCAN SİQNALI Bu gecə Yer kürəsi vurulacaq - Xəbərdarlıq edildi Bu universitetdə erməni dilində kurslar təşkil edildi Baş nazirdən quru sərhədlərlə bağlı mühüm açıqlama Mayda 14 gün qeyri-iş günü olacaq Milli Məclisin iclası başladı Ali Məhkəmədən mühüm qərar