"Çelsi" Abramoviç dövründəki maliyyə pozuntularına görə 12,44 milyon avro cərimələnib
İngiltərə Premyer Liqasının Müstəqil Komissiyası Roman Abramoviçin dövründə yol verilmiş maliyyə pozuntularına görə "Çelsi" klubunu 10,75 milyon funt sterlinq (təxminən 12,44 milyon avro) cərimələyib "Report" xəbər verir ki, bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb Qərara əsasən, "Ç

İngiltərə Premyer Liqasının Müstəqil Komissiyası Roman Abramoviçin dövründə yol verilmiş maliyyə pozuntularına görə "Çelsi" klubunu 10,75 milyon funt sterlinq (təxminən 12,44 milyon avro) cərimələyib "Report" xəbər verir ki, bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb Qərara əsasən, "Çelsi"nin akademiyasına yeni futbolçuların transferinə 9 ay qadağa qoyulub. Bundan əlavə, əsas komandaya 2 illik sınaq müddəti çərçivəsində 1 illik şərti transfer qadağası tətbiq olunub Araşdırma göstərib ki, 2011–2018-ci illərdə klubla əlaqəli üçüncü şəxslər futbolçulara, qeydiyyatdan keçməmiş agentlərə və başqalarına açıqlanmayan ödənişlər edib. Bu ödənişlər faktiki olaraq "Çelsi"nin xeyrinə olduğundan, klub tərəfindən rəsmi maliyyə əməliyyatları kimi göstərilməli idi Klub həmçinin etiraf edib ki, bu ödənişlərin açıqlanmaması və gizlədilməsi Premyer Liqanı düzgün məlumatlandırmaq öhdəliyinin pozulması deməkdir Cəzanın müəyyənləşdirilməsi zamanı "Çelsi"nin pozuntular barədə öz təşəbbüsü ilə məlumat verməsi, onları etiraf etməsi və istintaq müddətində araşdırma ilə tam əməkdaşlıq etməsi yüngülləşdirici hal kimi nəzərə alınıb Məlumata görə, araşdırma 2022-ci ildən – klubun keçmiş rəhbərliyinin mümkün maliyyə pozuntuları barədə Premyer Liqaya məlumat verməsindən sonra başlayıb Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir