Tenqri
Ana Sayfa
Dünya

Ekspert: Azərbaycan ümumavropa təhlükəsizlik və əməkdaşlıq arxitekturasının daha mühüm elementinə çevrilir

Azərbaycan coğrafi mövqeyi, enerji resursları və regional sabitliyin təmin edilməsindəki rolu sayəsində ümumavropa təhlükəsizlik və əməkdaşlıq arxitekturasının daha mühüm elementinə çevrilir Bunu AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında ispaniyalı ekspe

2 gün önce0 görüntülemeazertag.az
Ekspert: Azərbaycan ümumavropa təhlükəsizlik və əməkdaşlıq arxitekturasının daha mühüm elementinə çevrilir
Paylaş:

Azərbaycan coğrafi mövqeyi, enerji resursları və regional sabitliyin təmin edilməsindəki rolu sayəsində ümumavropa təhlükəsizlik və əməkdaşlıq arxitekturasının daha mühüm elementinə çevrilir Bunu AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında ispaniyalı ekspert, Panavropa İttifaqının prezidenti Karlos Uriarte Sançes söyləyib Onun sözlərinə görə, Azərbaycan Avropa ilə Asiyanın kəsişməsində strateji geosiyasi mövqeyə malikdir və Xəzər regionu, Mərkəzi Asiya ilə Avropa bazarları arasında körpü rolunu oynayır: “Qlobal təchizat zəncirlərinin dayanıqlığına diqqətin artdığı şəraitdə Orta Dəhlizin inkişafı xüsusi əhəmiyyət kəsb edir və bu marşrut regionlar arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə töhfə verir” Ekspert, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu vurğulayıb. “Rusiya–Ukrayna müharibəsinin başlanması və ardınca yaranan enerji böhranından sonra ölkənin etibarlı təbii qaz təchizatçısı kimi əhəmiyyəti xeyli artıb. Cənubi Qafqazda sabitliyin Avropa üçün birbaşa əhəmiyyəti var. Bu, xüsusilə enerji infrastrukturunun qorunması, nəqliyyat marşrutlarının inkişafı və daha geniş regionda geosiyasi balansın qorunması baxımından mühüm amildir”, - deyə o diqqətə çatdırıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır