Tenqri
Ana Sayfa
Dünya

“Dövlət quruculuğunda Heydər Əliyev irsi” - forum

Biləsuvarda Gənclər Fondunun maliyyə dəstəyi ilə “Biləsuvar Yeniyetmə və Gəncləri” İctimai Birliyi tərəfindən həyata keçirilən “Heydər Əliyev və Konstitusiyamız: Müstəqil Azərbaycanın hüquqi təməli” layihəsi çərçivəsində “Dövlət quruculuğunda Heydər Əliyev irsi” adlı forum keçirilib Fondun mətbuat

3 gün önce0 görüntülemeazertag.az
“Dövlət quruculuğunda Heydər Əliyev irsi” - forum
Paylaş:

Biləsuvarda Gənclər Fondunun maliyyə dəstəyi ilə “Biləsuvar Yeniyetmə və Gəncləri” İctimai Birliyi tərəfindən həyata keçirilən “Heydər Əliyev və Konstitusiyamız: Müstəqil Azərbaycanın hüquqi təməli” layihəsi çərçivəsində “Dövlət quruculuğunda Heydər Əliyev irsi” adlı forum keçirilib Fondun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirin əsas məqsədi Ümummilli Lider Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə qəbul edilən Konstitusiyanın mahiyyətini gənclərə tanıtmaq, Ulu Öndərin irsini konstitusiya dövlətçiliyinin təməli kimi təbliğ etmək, gənclərin hüquqi biliklərini və dövlətçilik düşüncəsini gücləndirmək olub Tədbirdə çıxış edən layihənin rəhbəri Ülvi Həzizadə bildirib ki, layihənin əsas məqsədi gənclər arasında Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsinin, xüsusilə Konstitusiyasının qəbul edilməsindəki tarixi rolunun təbliğidir. O qeyd edib ki, müasir Azərbaycanın hüquqi dövlət quruculuğu prosesi Konstitusiyanın qəbulundan sonra yeni inkişaf mərhələsinə qədəm qoyub Dünya şöhrətli siyasətçi Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən “Heydər Əliyev və Konstitusiya quruculuğu” mövzusunda hazırlanmış videorolikdə Ümummilli Liderin siyasi irsi, Konstitusiyanın hazırlanması prosesindəki rolu, dövlətçilik fəlsəfəsi tarixi foto və sənədlərlə təqdim olunub. Forum panel müzakirələrlə davam edib “Heydər Əliyev və müstəqil Azərbaycanın Konstitusiyası” adlı paneldə iştirak edən gənclərə Ümummilli Liderin titanik fəaliyyəti, konstitusiya quruculuğundakı rolu barədə ətraflı məlumat verilib Panel müzakirələrdən sonra gəncləri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler

“Dövlət quruculuğunda Heydər Əliyev irsi” - forum | Tenqri