ƏDV ödəyəcəklərsə, bu, böyük bir fərq yaratmayacaq - Rəşad Həsənov
““Temu” və “Trendyol”un dövriyyəsi böyükdür. Onlar yerli qanunvericiliyə uyğun olaraq əlavə dəyər vergisi ödəyicisi kimi fəaliyyət göstərməlidirlər. Bu da o deməkdir ki, həmin şirkətlərin dövriyyəsinə münasibətdə əlavə 18 faiz yük formalaşa bilər” Bunu iqtisadçı ekspert Rəşad Həsənov 525.az-a bildi

““Temu” və “Trendyol”un dövriyyəsi böyükdür. Onlar yerli qanunvericiliyə uyğun olaraq əlavə dəyər vergisi ödəyicisi kimi fəaliyyət göstərməlidirlər. Bu da o deməkdir ki, həmin şirkətlərin dövriyyəsinə münasibətdə əlavə 18 faiz yük formalaşa bilər” Bunu iqtisadçı ekspert Rəşad Həsənov 525.az-a bildirib. O qeyd edib ki, əgər hansısa formada onlar yalnız ticarət əlavələrinə münasibətdə ƏDV ödəyəcəklərsə, bu, böyük bir fərq yaratmayacaq. Çünki həmin şirkətlərin komissiyaları ümumi dövriyyənin təxminən 5-7 faizi əhatə edir. Lakin şirkətlər bütün dövriyyəyə münasibətdə ƏDV ödəmək məcburiyyətində qalarsa, kifayət qədər ciddi bir xərc yükü olduğu üçün qiymətlərin artımına səbəb ola bilər


