Tenqri
Ana Sayfa
Dünya

Donald Tramp NATO müttəfiqlərinə xəbərdarlıq edib: Hörmüz boğazında təhlükəsizlik təmin edilməsə, daha pis proseslər baş verə bilər

İran müharibəsinin uzanması fonunda ABŞ Prezidenti Donald Tramp bildirib ki, boğazdan faydalanan insanların orada pis proseslərin baş verməməsini təmin etməyə köməklik göstərməsi tamamilə doğru addımdır AZƏRTAC “Politico” nəşrinə istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp NATO müttəfiqlə

yaklaşık 4 saat önce0 görüntülemeazertag.az
Donald Tramp NATO müttəfiqlərinə xəbərdarlıq edib: Hörmüz boğazında təhlükəsizlik təmin edilməsə, daha pis proseslər baş verə bilər
Paylaş:

İran müharibəsinin uzanması fonunda ABŞ Prezidenti Donald Tramp bildirib ki, boğazdan faydalanan insanların orada pis proseslərin baş verməməsini təmin etməyə köməklik göstərməsi tamamilə doğru addımdır AZƏRTAC “Politico” nəşrinə istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp NATO müttəfiqlərini Hörmüz boğazının təhlükəsizliyini təmin etməkdən imtina etdikləri təqdirdə “çox pis bir gələcək” ilə üzləşə biləcəkləri barədə xəbərdar edərək, onları Avropanın əsas dəniz dəhlizini yenidən açmaq üçün Amerikanın səylərini dəstəkləməyə çağırıb Tramp bazar günü “Financial Times” qəzetinə verdiyi müsahibədə bildirib ki, Körfəzdən neft daşımalarından faydalanan ölkələr su yolunun təhlükəsizliyini təmin etməyə kömək etməlidir ABŞ və İsrail ötən ayın sonlarında İrana qarşı müharibəyə başlayıblar və bu, Tehranın regional qisasına səbəb olub. İran rejimi buna cavab olaraq Hörmüz boğazını bağlamaq üçün hərəkətə keçib və onun bu addımı neftin qiymətlərini qaldırıb. Tehran Trampa və İsrailin Baş naziri Benyamin Netanyahuya qarşı kütləvi iqtisadi təzyiq yaratmağı hədəfləyir Tramp daha sonra bildirib: “Boğazdan faydalanan insanların orada pis proseslərin baş verməməsini təmin etmək üçün köməklik göstərməsi tamamilə doğru addımdır. Əgər cavab verilməsə və ya mənfi cavab verilsə, düşünürəm ki, bu, NATO-nun gələcəyi üçün heç də yaxşı olmayacaq” ABŞ lideri müttəfiqlərin mina gəmiləri kimi dəniz aktivlərinə töhfə verə biləcəyini deyib və əlavə edib ki, Avropanın ABŞ ilə müqayisədə daha çox gəmisi var. O, Vaşinqtonun hansı yardımı gözlədiyi sualına cavabında qeyd edib ki, Körfəzdə kömək etməyi gözlədiyi ölkələr Çin, Fransa, Yaponiya, Cənubi Koreya və Böyük Britaniyadır Bu sözlər Trampın NATO-ya qarşı uzun müddətdir davam edən tənqidini yenidən canlandırır. O, ABŞ-nin Ukrayna məsələsində Avropa müttəfiqlərinə kömək etdiyini və indi də qarşılığında dəstək gözlədiyini iddia edərək bildirib: “Biz çox mehriban olmuşuq” Avropa hökumətləri Trampın boğazın yenidən açılmasına kömək etmək üçün davamlı təzyiqinə ehtiyatlı reaksiya veriblər. Almaniyanın xarici işlər naziri Yohann Vadeful Aİ-nin dəniz missiyasının genişləndirilməsinin təhlükəsizliyi yaxşılaşdıracağına çox şübhə ilə yanaşdığını bildirib Aİ xarici işlər nazirləri bazar ertəsi günü Brüsseldə bir araya gələrək Aİ xarici siyasət rəhbəri Kaya Kallasın blokun dəniz missiyasına əlavə gəmilər göndərmək təşəbbüsünü müzakirə edirlər 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır