Deputat Səhiyyə Nazirliyini sərt tənqid etdi
“Qonşu ölkələrdən gəlmiş və ölkəmizdə işləmək arzusunda olan yüzlərlə həkim işlə təmin olunmaqda problem yaşayır. Çünki ölkəmizin qanunvericiliyinə görə, həkim kimi fəaliyyət göstərmək üçün Səhiyyə Nazirliyi tərəfindən diplomların nostrifikasiyası, yəni təsdiqi tələb olunur və müvafiq imtahan verilm
.jpg&w=2048&q=70)
“Qonşu ölkələrdən gəlmiş və ölkəmizdə işləmək arzusunda olan yüzlərlə həkim işlə təmin olunmaqda problem yaşayır. Çünki ölkəmizin qanunvericiliyinə görə, həkim kimi fəaliyyət göstərmək üçün Səhiyyə Nazirliyi tərəfindən diplomların nostrifikasiyası, yəni təsdiqi tələb olunur və müvafiq imtahan verilməsi nəzərdə tutulur" Publika.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov martın 13-də parlamentdə hökumətin 2025-ci il üzrə hesabatının müzakirəsi zamanı deyib O qeyd edib ki, hazırda ölkədə işləyən, yaşı orta yaş həddindən yuxarı olan həkimlərin əksəriyyəti vaxtilə ordinatura təhsili alıb və bu gün çox yaxşı mütəxəssis kimi fəaliyyət göstərir: “Bir tərəfdən ölkədə həkim çatışmazlığı mövcuddur, digər tərəfdən isə hazır gəlmiş peşəkar həkimlərin işlə təmin olunmasında çətinliklər yaranır. Təklif edirəm ki, bu məsələdə humanist yanaşma tətbiq edilsin və həmin həkimlərin peşə ixtisasına yiyələnmə səviyyəsi imtahan yolu ilə yoxlanılsın, bundan sonra diplomları tanınsın. Çünki ordinatura səviyyəsində təhsil aldıqlarına görə işləməyə icazə verilmədiyi halda, səkkiz il təhsil almış bir həkimdən yenidən beş il rezidentura oxumaq tələb olunur. Halbuki onların iki illik ordinatura təhsili var və rezidentura təhsili zamanı həmin iki ilin nəzərə alınması məqsədəuyğun olardı. Əks halda, bu həkimlərin yenidən təhsil alması əlavə illərin itirilməsi deməkdir” Alıcı üçün potensial təhlükə: Ucuz evin böyük dərdi Cəbrayılın Horovlu kəndində əmək yarmarkası keçiriləcək Sumqayıtda Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil olundu Uşaqlar, oyunlar və risklər - Kimlər və necə qorumalıdır? Suraxanı rayonunda iftar süfrəsi açıldı Bazar qiymətindən xeyli aşağı, yeni, təmirli, ipotekaya yararlı mənzillər satışdadır Ziyafət Əsgərov: "Top” Ermənistan tərəfindədir" - Müsahibə Xeyli sayda hindistanlı İrandan Azərbaycana təxliyə olundu Xanobaya ilk köç yola salındı Trampdan məşhur rusiyalı idmançı ilə bağlı maraqlı təklif - Video Mina əleyhinə “ağıllı çəkmə” hazırlandı - Foto Bakının cazibəsi kəndləri boşaldır - Çıxış yolu var? SEPAH-a ağır zərbə - Ən böyük qərargahları dağıdıldı Gürcüstan millisində görünməmiş fırıldaq