Tenqri
Ana Sayfa
Dünya

Ədəbiyyat İnstitutu əməkdaşının Qarabağa həsr olunmuş kitabı çapdan çıxıb

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru Elçin Mehrəliyevin “Salam, Qarabağım! Xoş gördük, Güllücəm!” (Qarabağa qayıdış: Xatirələr, duyğular, arzular) kitabı nəşr olunub Nəşr “İlk söz”, “Mən, mənim qəhrəmanı

2 gün önce0 görüntülemeazertag.az
Ədəbiyyat İnstitutu əməkdaşının Qarabağa həsr olunmuş kitabı çapdan çıxıb
Paylaş:

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru Elçin Mehrəliyevin “Salam, Qarabağım! Xoş gördük, Güllücəm!” (Qarabağa qayıdış: Xatirələr, duyğular, arzular) kitabı nəşr olunub Nəşr “İlk söz”, “Mən, mənim qəhrəmanım və yurdum”, “Zaman dəyişir, xislət dəyişmir”, “Qarabağ həqiqətləri bədii yaradıcılığımda” və “Son söz” bölmələrindən ibarətdir Kitabda Qarabağın işğalı, eyni zamanda, Zəfər yürüşü nəticəsində Azərbaycanın dövlət suverenliyini tam bərpa etməsi, Qarabağın dirçəldilməsi və keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdışı məsələləri, dağıdılmış yurd yerlərinə səfər təəssüratı əksini tapıb. Həmçinin keçmiş Qarabağ münaqişəsi ətrafında aparılan araşdırmalar nəticəsində əldə olunmuş nəticələr kitabda yer alıb Nəşrin elmi redaktoru Mətbuat tarixi və publisistika şöbəsinin müdiri professor Vüqar Əhməd, rəyçiləri professor Qasım Hacıyev və dosent Rauf Sadıxovdur 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır