Tenqri
Ana Sayfa
Dünya

Danimarkada 2035-ci ilədək hərbi çağırışçıların sayı ikiqat artırıla bilər

Danimarkanın müdafiə naziri Troels Lund Poulsen 2035-ci ilədək hərbi çağırışçıların sayının ikiqat artırılaraq 13 minə çatdırılmasını təklif edib AZƏRTAC xəbər verir ki, bu barədə Troels Lund Poulsenin sədri olduğu Liberal Partiyasının saytında dərc olunmuş bəyanatda deyilir. Nazirin sözlərinə görə

yaklaşık 4 saat önce0 görüntülemeazertag.az
Danimarkada 2035-ci ilədək hərbi çağırışçıların sayı ikiqat artırıla bilər
Paylaş:

Danimarkanın müdafiə naziri Troels Lund Poulsen 2035-ci ilədək hərbi çağırışçıların sayının ikiqat artırılaraq 13 minə çatdırılmasını təklif edib AZƏRTAC xəbər verir ki, bu barədə Troels Lund Poulsenin sədri olduğu Liberal Partiyasının saytında dərc olunmuş bəyanatda deyilir. Nazirin sözlərinə görə, Danimarkanın müdafiə qabiliyyətinin gücləndirilməsi və müttəfiqlər qarşısında öhdəliklərin yerinə yetirilməsi üçün daha çox hərbçiyə ehtiyacı var. Plana əsasən, 2033-cü ilədək çağırışçıların sayı 6 min 500 nəfərə, 2035-ci ilədək isə 13 min nəfərə çatdırılmalıdır Bəyanatda qeyd olunur ki, çağırışçıların sayının artırılması hərbi infrastrukturun genişləndirilməsini, o cümlədən yeni kazarmaların inşasını tələb edəcək. Sənəddə, həmçinin bildirilir ki, Danimarkanın hərbi xərcləri son illərdə əhəmiyyətli dərəcədə artıb. Cari ildə yeni avadanlıqların alınması və hərbi infrastrukturun yenilənməsi sayəsində ölkənin müdafiə büdcəsi ümumdaxili məhsulun 3,5 faizinə yüksəlib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır