Tenqri
Ana Sayfa
Dünya

"Bu, Azərbaycanın əlavə gəlirlərinə müsbət təsir göstərəcək" - Eyyub Kərimli

“Neftin qiymətindəki hər 1 dollarlıq artım Azərbaycan üçün ildə təxminən 300-350 milyon dollar əlavə ixrac gəliri yaradır” Bunu 525.az-a açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli deyib O bildirib ki, bu məbləğin təxminən 150 milyon dolları birbaşa dövlət büdcəsinin gəlirlərinə təsir edir: "

4 gün önce0 görüntüleme525.az
"Bu, Azərbaycanın əlavə gəlirlərinə müsbət təsir göstərəcək" - Eyyub Kərimli
Paylaş:

“Neftin qiymətindəki hər 1 dollarlıq artım Azərbaycan üçün ildə təxminən 300-350 milyon dollar əlavə ixrac gəliri yaradır” Bunu 525.az-a açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli deyib O bildirib ki, bu məbləğin təxminən 150 milyon dolları birbaşa dövlət büdcəsinin gəlirlərinə təsir edir: "Əgər neftin qiyməti 10 dollar artsa, bu, Azərbaycanın əlavə gəlirlərinə müsbət təsir göstərəcək. On dollarlıq bahalaşma hesabına təxminən 3-3,5 milyard dollar əlavə ixrac gəliri, təxminən 1,5 milyard dollar isə əlavə büdcə gəliri formalaşacaq" Eyyub Kərimli qeyd edib ki, bu hesablama Azərbaycanın gündəlik təxminən 0,5-0,6 milyon barel neft istehsal etməsi faktına əsaslanır. Bununla yanaşı, ekspert vurğulayıb ki, neft qiymətlərinin yüksəlməsi hər zaman müsbət faktor kimi qiymətləndirilməməlidir: “Enerji daşıyıcılarının bahalaşması qlobal iqtisadiyyatda inflyasiyanın sürətlənməsinə də səbəb olur”