Britaniya hökuməti işsizliyin azaldılması üçün 1 milyard funtluq plan hazırlayır
Böyük Britaniya hökuməti gənclər arasında artan işsizliyin qarşısını almaq məqsədilə 1 milyard funt sterlinqlik proqram təqdim etməyə hazırlaşır AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, plan çərçivəsində 200 min yeni iş yerinin yaradılmasının hədəfləndiyi bildirilir Təşəbbüs çərçivəsin

Böyük Britaniya hökuməti gənclər arasında artan işsizliyin qarşısını almaq məqsədilə 1 milyard funt sterlinqlik proqram təqdim etməyə hazırlaşır AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, plan çərçivəsində 200 min yeni iş yerinin yaradılmasının hədəfləndiyi bildirilir Təşəbbüs çərçivəsində təqdim ediləcək proqrama əsasən, altı ay və ya daha çox müddətdir işsiz olan 18-24 yaşlı gənci işə götürən şirkətlərə hər bir işçi üçün 3 min funt sterlinq maliyyə dəstəyi veriləcək. Bunun təxminən 60 min gəncə kömək edəcəyi gözlənilir Bundan əlavə, yeni şagird təşviqi proqramı çərçivəsində kiçik və orta bizneslərə 16–24 yaşlı hər yeni əməkdaş üçün 2 min funt sterlinq ayrılacaq. Böyük Britaniyanın əmək və pensiyalar naziri Pat Makfadden bildirib ki, bu tədbirlər gənclərə həyatlarını dəyişdirə biləcək imkanlar yaradacaq və təhsil, məşğulluq və ya təlimdə iştirak etməyən gənclərin sayının artımını əhəmiyyətli dərəcədə azaltmağa kömək edəcək 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır