Tenqri
Ana Sayfa
Dünya

BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı Azərbaycanla Orta Dəhliz çərçivəsində əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır

Martın 11-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 13-cü Qlobal Bakı Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Rebeka Qrinspan ilə görüşüb Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a veril

4 gün önce0 görüntülemeazertag.az
BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı Azərbaycanla Orta Dəhliz çərçivəsində əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır
Paylaş:

Martın 11-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 13-cü Qlobal Bakı Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Rebeka Qrinspan ilə görüşüb Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycan və BMT əməkdaşlığının müxtəlif aspektləri və perspektivləri, eləcə də regional və beynəlxalq məsələlər, Yaxın Şərqdə vəziyyət və müharibənin qlobal iqtisadiyyata və ticarətə təsirləri müzakirə olunub Görüşdə ölkəmizin qlobal və regional enerji təhlükəsizliyində, ticarətdə, investisiyalarda, dayanıqlı inkişafda, iqtisadi şaxələndirmədə, kommunikasiya və nəqliyyat istiqamətində həyata keçirdiyi təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb Nazir Ceyhun Bayramov Azərbaycanın regional və qlobal ticarət əlaqələrinin genişləndirilməsi, nəqliyyat-logistika imkanlarının artırılması, ənənəvi və alternativ enerji layihələri və beynəlxalq ticarət marşrutlarının inkişafı istiqamətində həyata keçirilən siyasət barədə məlumat verib Bu çərçivədə ölkəmizin tranzit və logistika mərkəzi kimi rolunun gücləndirilməsi, həmçinin Orta Dəhliz çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti qeyd olunub Tərəflər həmçinin Yaxın Şərqdə artan gərginliyin və müharibənin doğurduğu fəsadları nəzərdən keçirib, mövcud vəziyyətdən narahatlıqlarını ifadə ediblər Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır