Tenqri
Ana Sayfa
Dünya

Beynəlxalq kanoe federasiyalarının prezidentləri Sərsəng su anbarında - Fotolar

Azərbaycanda səfərdə olan Beynəlxalq Kanoe Federasiyasının (ICF) Prezidenti Tomas Konyetsko və Avropa Kanoe Assosiasiyasının (ECA) Prezidenti Jan Zunqrana martın 12-də Qarabağda - Sərsəng və Suqovuşan su anbarlarında, həmçinin Mingəçevir şəhərindəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində olublar Pu

3 gün önce0 görüntülemepublika.az
Beynəlxalq kanoe federasiyalarının prezidentləri Sərsəng su anbarında - Fotolar
Paylaş:

Azərbaycanda səfərdə olan Beynəlxalq Kanoe Federasiyasının (ICF) Prezidenti Tomas Konyetsko və Avropa Kanoe Assosiasiyasının (ECA) Prezidenti Jan Zunqrana martın 12-də Qarabağda - Sərsəng və Suqovuşan su anbarlarında, həmçinin Mingəçevir şəhərindəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində olublar Publika.az xəbər verir ki, beynəlxalq və Avropa kanoe təşkilatlarının rəhbərləri əvvəlcə Sərsəng su anbarına baxış keçiriblər Qonaqlara su anbarındakı mövcud vəziyyətlə bağlı ətraflı məlumat verilib. Tomas Konyetsko və Jan Zunqrana Sərsəngdə beynəlxalq yarışların, dünya və Avropa çempionatlarının keçirilə bilməsi üçün su hövzəsinin potensial imkanlarını dəyərləndiriblər Daha sonra nümayəndə heyəti 2022-ci ildən etibarən Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Prezident Kuboku” və ənənəvi “Mingeçevir Reqatası” beynəlxalq yarışlarının təşkil edildiyi Suqovuşan su anbarını ziyarət ediblər. Suqovuşanda dövlətimiz tərəfindən yenidən qurulan ifrastruktur və su anbarı ətrafında salınmış park qonaqlar tərəfindən yüksək qiymətləndirilib Günün ikinci yarısında Tomas Konyetsko və Jan Zunqrana Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzinə gediblər. Baza ilə tanış olan beynəlxalq federasiya rəhbərləri avarçəkmə və kanoe üzrə milli komandaların məşqlərini də izləyiblər İlham Əliyevin adı dünyanın ən nüfuzlu liderlərinin siyahısında Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə etdi Ermənistanla sülh prosesi Fransada müzakirə edildi - Foto XIII Qlobal Bakı Forumunun birinci günü yekunlaşdı - Yeniləndi Nazir ona yüksək vəzifə verdi - FOTO Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiası çıxarılacaq Pakistan Əfqanıstanı bombalayır: İtkilər var İran yenidən Türkiyəyə raket atdı: Hədəf bura olub - Video İnəkdən çıxan xəzinə: Tapan varlanır, qiyməti qızılı ikiqat üstələyir Pəhriz saxlamadan arıqlamağın iki sadə yolu Yamal “Barselona”nın məşqini buraxdı - Səbəb nədir? "O həyasız da elə bilir deməyə sözüm yoxdur" İsrail “Hizbullah”ın komanda mərkəzlərini vurdu “Shahed”in Amerika klonu İraqda peyda oldu - Video