Berezovskinin öldüyü malikanə satışa çıxarılıb
Məşhur rusiyalı oliqarx Boris Berezovskinin öldüyü malikanə satışa çıxarılıb 525.az xarici KİV-ə istinadən xəbər verir ki, Berkşir qraflığında yerşələn "Swan Lake" ("Qu quşu gölü") adlı malikanəyə 20 milyon funt sterlinq qiymət qoyulub Əsas evdə 12 hamam, 9 yataq otağı, bilyard zalı, spa-mərkəz

Məşhur rusiyalı oliqarx Boris Berezovskinin öldüyü malikanə satışa çıxarılıb 525.az xarici KİV-ə istinadən xəbər verir ki, Berkşir qraflığında yerşələn "Swan Lake" ("Qu quşu gölü") adlı malikanəyə 20 milyon funt sterlinq qiymət qoyulub Əsas evdə 12 hamam, 9 yataq otağı, bilyard zalı, spa-mərkəz, trenajor zalı və s. var. Ümumilikdə 25 akrlıq ərazidə əsas tikilidən başqa qonaq evi, tennis kortu, qış bağı və ən əsası qu quşlarının üzdüyü 2 süni göl salınıb Malikanə 2017-ci ildə bir dəfə satışa çıxarılıb. Amma satılıb-satılmamağı barədə məlumat yoxdur. Ötən ilin dekabrında ikinci dəfə satışa çıxarılması barədə elanlar dərc olunub. Üstəlik, satıcının Berezovskinin keçmiş arvadı Qalina Beşarovanın olduğu bildirilir Qeyd edək ki, Boris Berezovski 2013-cü il martın 23-də "Swan Lake"da ölü tapılmışdı. Sonradan istintaq onun intihar etməsi barədə qənaətə gəlmişdi