Tenqri
Ana Sayfa
Dünya

Benzinin qiymət artımı amerikalıları elektromobillərlə daha çox maraqlanmağa məcbur edir

Yaxın Şərqdəki münaqişə fonunda benzin qiymətlərinin artması ABŞ sakinlərinin elektromobillərin alışı barədə daha çox düşünməsinə səbəb olur "Report"un "Bloomberg"ə istinadən məlumatına görə, bunu bazar məlumatları və axtarış sorğusu statistikası göstərir Amerika Avtomobil Assosiasiyasının (AAA) m

1 gün önce0 görüntülemereport.az
Benzinin qiymət artımı amerikalıları elektromobillərlə daha çox maraqlanmağa məcbur edir
Paylaş:

Yaxın Şərqdəki münaqişə fonunda benzin qiymətlərinin artması ABŞ sakinlərinin elektromobillərin alışı barədə daha çox düşünməsinə səbəb olur "Report"un "Bloomberg"ə istinadən məlumatına görə, bunu bazar məlumatları və axtarış sorğusu statistikası göstərir Amerika Avtomobil Assosiasiyasının (AAA) məlumatına görə, 14 martda ABŞ-də benzinin qalıonunun orta qiyməti 3,70 dollar olub. Bir ay əvvəl bu rəqəm 2,90 dollar təşkil edib. "Bloomberg"in qiymətləndirməsinə görə, amerikalı sürücülər təkcə bu həftə yanacağa 1,65 milyard dollar daha çox pul xərcləyiblər Satışların aylarla davam edən azalmasından sonra elektromobillərə maraq artır. İrana qarşı hərbi əməliyyatların başlamasından sonrakı ilk həftədə "CarEdge" platforması elektromobillərin axtarışlarında 20 % artım qeydə alıb "Ignition Dealer Services" konsaltinq şirkətinin baş direktoru Stiven Seqelkin sözlərinə görə, ölkədə benzinin orta qiyməti bir qallon üçün 4 dollara çatdıqda elektromobillərə kütləvi keçid başlaya bilər Bu arada, Alyaska, Arizona, Vaşinqton, Nevada və Oreqonda yanacaq qiymətləri artıq bu səviyyəni keçib, Kaliforniyada isə qallonu 5,50 dollara yaxınlaşır Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir