Tenqri
Ana Sayfa
Dünya

Belçikalı güləşçi: Püşkdə azərbaycanlı rəqib görəndə çətin mübarizəyə hazır oluruq

Azərbaycan güləş məktəbi çox güclüdür və oradan həmişə yaxşı güləşçilər çıxır Bu sözləri AZƏRTAC-a açıqlamasında yunan-Roma güləşi üzrə Belçika millisinin üzvü İbrahim Tabaev deyib O, Azərbaycan güləşçilərinin bir çoxunun beynəlxalq yarışlarda yüksək nəticələr qazandıqlarını, buna görə də onlara b

2 gün önce0 görüntülemeazertag.az
Belçikalı güləşçi: Püşkdə azərbaycanlı rəqib görəndə çətin mübarizəyə hazır oluruq
Paylaş:

Azərbaycan güləş məktəbi çox güclüdür və oradan həmişə yaxşı güləşçilər çıxır Bu sözləri AZƏRTAC-a açıqlamasında yunan-Roma güləşi üzrə Belçika millisinin üzvü İbrahim Tabaev deyib O, Azərbaycan güləşçilərinin bir çoxunun beynəlxalq yarışlarda yüksək nəticələr qazandıqlarını, buna görə də onlara böyük hörmətlə yanaşdığını söyləyib: “Mən özüm 82 kiloqramda çıxış etsəm də, aşağı çəkilərdəki rəqabəti həmişə maraqla izləyirəm. Xüsusilə 72 kiloqramda Ruslan Nurullayevin adını çəkmək istəyirəm. Onu yaxşı idmançı kimi tanıyıram və çıxışlarını da izləyirəm. Ümumiyyətlə, Azərbaycan güləşçiləri məğlubiyyəti qəbul etmirlər, sona qədər mübarizə aparırlar. Biz beynəlxalq turnirlərdə püşk atılanda rəqib qismində Azərbaycan təmsilçisini görəndə bilirik ki, bizi ən ağır və ən maraqlı 6 dəqiqə gözləyir" 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır