Tenqri
Ana Sayfa
Dünya

BDU-da perinatal hipokineziyanın dovşanların qan göstəricilərinə təsiri tədqiq olunur

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində 27 Mart – Azərbaycanda Elm Gününə həsr olunmuş tədbirlər çərçivəsində “Perinatal hipokineziya keçirmiş boğaz dovşanların və onların yenidoğulmuş balalarının qan göstəricilərinin tədqiqi” mövzusunda elmi seminar keçirilib BDU-dan AZƏRTAC-a bil

yaklaşık 4 saat önce0 görüntülemeazertag.az
BDU-da perinatal hipokineziyanın dovşanların qan göstəricilərinə təsiri tədqiq olunur
Paylaş:

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində 27 Mart – Azərbaycanda Elm Gününə həsr olunmuş tədbirlər çərçivəsində “Perinatal hipokineziya keçirmiş boğaz dovşanların və onların yenidoğulmuş balalarının qan göstəricilərinin tədqiqi” mövzusunda elmi seminar keçirilib BDU-dan AZƏRTAC-a bildirilib ki, elmi seminarda Zoologiya və fiziologiya kafedrasının doktorantı Ceyhunə Həmidova perinatal hipokineziyanın ana orqanizmdə və yeni doğulmuş balalarda fizioloji və hematoloji dəyişikliklərə təsiri ilə bağlı apardığı elmi tədqiqatların nəticələrini təqdim edib. Bildirib ki, perinatal hipokineziya dölün və ya yenidoğulmuşun hərəkət aktivliyinin əhəmiyyətli dərəcədə azalmasıdır. Embrional inkişaf dövründə fiziki aktivliyin məhdudlaşdırılması orqanizmin müxtəlif funksional sistemlərinə təsir göstərərək sonrakı inkişaf mərhələlərində müəyyən dəyişikliklərə səbəb ola bilər. Hamilə dovşanlarda perinatal inkişafın müxtəlif dövrlərində hərəkət fəallığının məhdudlaşdırılması müxtəlif stres vəziyyətlərinə səbəb olan narahatlıqla yanaşı, balaların qan təchizatının vəziyyətinə təsir edir. Bu təsir dölün inkişafdan qalmasına gətirib çıxara bilir. Tədqiqatlar göstərib ki, hamilə dovşanlarda təcrübənin ilk günündə qanın laxtalanma sistemində əhəmiyyətli dərəcədə dəyişiklik müşahidə olunub. Perinatal inkişafın müxtəlif dövrlərinə hipokineziyanın təsiri hamilə dovşanlarda hemoqlobin sisteminə, trombositlərə effektiv təsir göstərib Seminar çərçivəsində aparılmış eksperimental tədqiqatların metodikası, istifadə olunan heyvan materialı və əldə edilmiş hematoloji göstəricilərin müqayisəli təhlili barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, tədqiqat nəticələri perinatal hipokineziyanın qan sistemində müəyyən dəyişikliklərə səbəb olduğunu və bu dəyişikliklərin yeni doğulmuş balalarda da müşahidə edildiyini göstərir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır